Alternative content

14:26 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kiçik qisas alındı, növbə böyük qisasındır!
Kiçik qisas alındı, növbə böyük qisasındır!
ANA SƏHİFƏ / SİYASƏT
00:51 23.07.2020


Satqınlar və xəyanətkarlar da məsuliyyətdən yaxa qurtara bilməyəcəklər


Sövet dövründə Sov.İKP ilə bağlı çoxsaylı lətifələr yaradılmışdı və hamı bunları bir-birinə söyləyərək gülürdü. Onlardan biri belə idi:

Bir dəfə sıravi fəhlələrdən birini raykomun bürosunda partiyaya qəbul edirlər. Büro üzvlərindən biri namizədə sualla müraciət edir:

- Bizim düşmənimiz kimdir? - (O zamanlar dünya imperializmi kommunizmin düşməni sayılırdı).

Fəhlə sadəlövlüklə ürəyindəkini söyləyir:

- Ermənilər!

Partkom işin korlandığını və buna görə başının ağrayacağını duyaraq onun səhvini düzəltmək üçün suala düzəliş verir:

- Adə, daxili düşmənləri soruşmur ey, xarici düşmənləri xəbər alır!

Dövr və zaman dəyişib.

Hətta düşmənlər də!

Bu gün ermənilər artıq xarici düşmənə, torpaqlarımızın işğalçılarına çevriliblər.

Daxili düşmənlər rolunda isə özümüzünkülər çıxış edirlər: satqınlar, xəyanətkarlar, radikallar, "5-ci kolon” üzvləri, təxribatçılar və sosial şəbəkədə murdarlıq edənlər.


Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olan əməliyyat


Öz aləmində özünü "ağıllı və bic” hesab edən Paşinyan sələflərinin "səhvini düzəltmək”, Aprel müharibəsinin və Günnüt əməliyyatının əvəzini çıxmaq üçün qəflətən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətindən Azərbaycana hücuma keçdi, yaşayış məntəqələrini və sərhəd postlarını top atəşinə tutdurdu.

Erməni xisləti, erməni məkri burada da duyulurdu. Ancaq, necə deyərlər, daş qayaya rast gəlmişdi!

Siyasətin ibtidai sinfində oxuyan Paşinyan siyasət nəhəngi İlham Əliyevi heç cürə çaşdıra bilməzdi.

Ermənistan ərazisindən gülünc bir bəhanə ilə Azərbaycana hücum edən Paşinyan Azərbaycanın Aprel döyüşlərində olduğu kimi, güclü əks-hücuma keçəcəyini gözləyirdi.

Öz ağlı ilə...

Bununla da o KTMT-ni - xüsusən Rusiyanı Azərbaycan əleyhinə hərbi əməliyyatlara cəlb edəcəyini düşünürdü...

Ali Baş Komandan İlham Əliyev özünün siyasətçi müdrikliyini və uzaqgörənliyini, sərkərdə məharətini və qətiyyətini növbəti dəfə də nümayiş etdirərək Paşinyana hərb və siyasət dərsi keçdi, onu sələflərindən də axmaq vəziyyətə saldı!

Bütün bunları Azərbaycan xalqı ilə bərabər, bütün dünya da gördü!

Gördü ki, Azərbaycan "erməni bicliyi”nə uymadan Ermənistanın başından necə vurdu!

Gördü ki, dinc əhalini və sərhədyanı kəndləri top atəşinə tutan düşmənə müasir silahlardan necə dağıdıcı zərbələr endirildi!

Gördü ki, Azərbaycan düşmənə bir santimetr belə torpaq vermədən, bir addım belə geri çəkilmədən onu necə hərbi əməliyyata başlamasına peşiman etdi!

Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Milli Ordumuz düşmənin bütün atəş nöqtələrini, hərbi texnika və canlı qüvvəsini tar-mar edərək hərbçilərimizin qisasını qısa vaxtda aldı.

12 iyulda keçirilən əməliyyatda nə gördük?

2016-cı ilin dörd günlük Aprel müharibəsində gördüklərimizdən də artığını:

* Azərbaycan xalqı düşmənin hücum xəbərini alan tək bir nəfər kimi ayağa qalxdı, dövlətinə, Ali Baş Komandanına dəstəyini və məhəbbətini ifadə etdi;

* Azərbaycan Ordusu baş sərkərdə İlham Əliyevin rəhbərliyi ilə düşmənə bir-birinin ardınca sarsıdıcı, dağıdıcı zərbələr endirərək, malik olduğu müasir silahların gücünü göstərdi;

* Azərbaycan gəncləri hərbi səfərbərlik məntəqələrinə gəlib Orduya yazılaraq, düşmənə qarşı vuruşmaq üçün hərbi paltar geyinib silah götürmək əzmini nümayiş etdirdi;

* Azərbaycan xalqı şəhid balalarını çox böyük izzət və məhəbbətlə son mənzilə alqışlarla yola saldı, şəhidlərə və onların ailə üzvlərinə hörmət və ehtiramlarını bildirdi;

* Azərbaycan vətənsevərləri dövlət başçısı İlham Əliyevin hərbi əməliyyatlara rəhbərliyindən, yeritdiyi siyasətdən, şəhidlərin qisasını dərhal almasından məmnun qalaraq Ali Baş Komandana hörmət, məhəbbət və razılıqlarını səmimi sözlərlə ifadə edən saysız-hesabsız məktublar ünvanladılar;

* Azərbaycan xalqı öz rəhbərinin başçılığı ilə tezliklə işğal altındakı torpaqları azad etmək əzmini və niyyətini bir daha ortaya qoydu!

Bəli, Ali Baş Komandanın qətiyyət və prinsipiallığı nəticəsində kiçik qisasımızı aldıq, itkilərimizin əvəzini artıqlaması ilə çıxdıq!

Növbə böyük qisasındır!

* Bəli, Azərbaycan xalqı dağıdılan kənd və şəhərlərinin, məhv edilən tarixi abidələrinin, dini məbədlərinin, ictimai və şəxsi tikililərin qisasını alacaqdır;

* Azərbaycan xalqı şəhid olmuş övladlarının, yetim qalmış balalarının, əlil olmuş qazilərinin qisasını alacaqdır;

* Azərbaycan xalqı Xocalı, Qaradağlı, Bağanıs Ayrım və törədilmiş digər soyqırımlarının qisasını alacaqdır;

* Azərbaycan xalqı xaraba qalmış ev-eşiyinin, dağıdılmış qəbiristanlıqlarının, qaçqın düşərgələrində yaşadığı çətin və məşəqqətli günlərinin qisasını alacaqdır;

* Azərbaycan xalqı girovluqda iztirablar çəkdirilən qoca, qadın və uşaqların, gülləyə hədəf seçilən mülki vətəndaşlarının, qanına qəltan edilən fidan balalarının - Farizlərin və Aygünlərin qisasını alacaqdır!

Bu qisasdan yaxa qurtarmağın yalnız bircə yolu var:

Ermənistanın indiki ağılsız və faşistpərəst rəhbərliyi olub-qalan ağlını başına yığmalı, qoşunlarını gecikmədən işğal ərazisindən çıxarmalı, məsələnin sülh yolu ilə, BMT-nin məlum qətnamələri əsasında həllinə razılıq verməlidir.

Azərbaycan xalqının və onun Ali Baş Komandanı İlham Əliyevin səbri kimi qəzəbi də böyükdür!

Ermənistan növbəti dəfə bunu 12 iyul günlərində bir daha sınaqdan çıxardı!


Vətəni sevmək azdır, onu qorumağı da bacarmalıyıq


Hər bir müharibədə hadisələr adətən iki məkanda cərəyan edir: ön cəbhədə və arxa cəbhədə!

Bu dəfə arxa cəbhə 3 "ərazi” sayılırdı:

* Tovuzun sərhəd kəndi Ağdam;

* Ölkə paytaxtı Bakı;

* Bir də sosial şəbəkə.

Ön cəbhədə hər şey aydındır:

Güclü və müasir Ordumuz, yüksək biliyə malik zabitlərimiz, təlim görmüş əsgərlərimiz var!

12 iyulda bir daha bunun şahidi olduq!

Arxa cəbhədə isə vəziyyət həm aydındır, həm də göründüyü qədər sadə deyil!

* Xalq Orduya inanır!

* Ali Baş Komandanına etibar edir və arxalanır!

* Vətənini, müstəqil dövlətini və torpağını qorumağa, yaşından asılı olmayaraq hər an əlinə silah götürüb vuruşmağa daim hazırdır!

* Düşmənə, ondan da çox satqınlara və xəyanətkarlara, "5-ci kolon” üzvlərinə nifrət edir!

Üstəlik müasir Azərbaycan vətəndaşlarının gözü açıqdır: insanlara dilinə görə yox, əməlinə görə qiymət verməyi bacarır.

Lakin unutmaq olmaz ki, ölkədə sabitliyi pozmağa çalışanlar, düşmən dəyirmanına su tökənlər, müxtəlif radikal ünsürlər də mövcuddur.

Biz 90-cı illəri unutmalı deyilik!

Biz Azərbaycan Xalq Cəbhəsinin torpaqlarımızı vəzifə ehtiraslarına necə qurban verdiklərini yaddan çıxara bilmərik!

Hələ də AXC-dən qalma tör-töküntü, xəyanət və saxtakarlığa adət etmiş Əli Kərimli və anti-Azərbaycan mövqeli Milli Şura və həmin şuranın dövlətin hər çətinliyinə sevinən marginallaşmış üzvləri vardır!

Onlar və xaricdə oturan həmkarları daim marıqdadırlar, arxadan xalqımıza bıçaq vurmağa məqam gəzirlər!

Əli Kərimli və ətrafı üçün qrantdan başqa müqəddəs heç nə qalmayıb!

Hətta xalqın ən möhtəşəm mənəvi tədbirlərini də murdarcasına öz niyyətlərinə asanlıqla qurban verirlər!

14 iyulda Bakıda olduğu kimi...

Ordumuz düşməni darmadağın edərək şəhidlərimizin qisasını almış, böyük qələbə qazanmışdı. Xalq qələbənin sevincini yaşamaq, şəhidlərin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi.

Böyük əksəriyyət dövlətə, dövlət başçısına dəstəyini, Orduya məhəbbətini və hərbi əməliyyatlarda iştirak etmək istədiyini nümayiş etdirdi.

Sonra...

Sonra bu böyük insan axınının içərisindən xəyanətkarlar, öyrədilmiş insanlar, murdar xislətlilər ayrılaraq polisə tabe olmadılar, zorla Milli Məclisə girərək müəyyən dağıntılar törətdilər!

Belə möhtəşəm yürüşə ləkə gətirmək olardımı?!

Doğrudur, polis xəyanətkarların və təxribatçıların bir qismini saxlayıb, qalanları da istintaq yolu ilə müəyyənləşəcək.

Amma hərbi əməliyyatlar başlanan kimi yenə də adları azərbaycanlı olanlar sabitliyi pozmağa, dövlət əleyhinə təxribatlar törətməyə çalışırlar.

Xüsusən təcrübəsiz gəncləri yanıltmağa, öz təsirləri altına salmağa can atırlar.

Prezident İlham Əliyev belələri haqqında çox dəqiq deyib: "Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir...

Belələri xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yox, düşmənin yanındadırlar”.

Başqa bir məsələ də var:

Biz vətəndaş olaraq xəyanətkarın, təxribatçının ifşasını yalnız polis və xüsusi xidmət orqanlarının üzərinə atmalı deyilik.

Onlar onsuz da daim bu işlə məşğuldurlar.

Bəs bizim vətəndaş mövqeyimiz, bəs bizim vətən sevgimiz harda qaldı?!

Yanımızda kimsə, yaxud tanıdıqlarımızdan biri dövləti maraqlara xəyanət edirsə, "5-ci kolon” funksiyasını yerinə yetirirsə, susub durmalıyıq?

Ya da üzümüzü yana çevirib gediriksə, əslində ona dəstək vermiş olmuruqmu?

Çünki belədə öz əməlini axıradək yerinə yetirməsinə şərait yaradırıq!

Həqiqət belədir ki, hər bir sahədə, hər bir tədbirdə və toplantıda vətənpərvər, sağlam əqidəli insanlar təxribatçılardan və satılmışlardan qat-qat çox olurlar!

Heç çoxluq da azlıqdan qorxarmı?

Çoxluq da azlığın qarşısından qaçarmı?

Əslində həmin azlıq çoxluğun təpkisini, hadisələrə operativ və qətiyyətli, prinsipial müdaxiləsini görsə, bir qələt edə bilməz!

Qorxar, çəkinər, belələrinin sayı artmaz ki, əskilər!

Bəs bu laqeydlik, dönüklərə və təxribatçılara, Vətəni qranta satanlara belə loyallıq haradan, nədən yaranıb?

Və haçanacan davam edəcəkdir?

Biz Azərbaycan gəncliyini fəal görmək istəyirik!

Biz Azərbaycan gənclərini satqınlara qarşı mübariz görmək istəyirik!

* Nə üçün Şəhidlər xiyabanı qarşısındakı çoxluq təxribatçıların qarşısını almadı?

* Nə üçün polis maşınına qalxan əlləri mərd gənclərimiz polisdən qabaq qanıraraq qanuna tabe etmədi?

* Niyə o gözəllikdə yürüşü korlayanların qarşısını elə iştirakçıların özləri almadı?!

* Nə üçün Milli Məclisin şüşə və çilçıraqlarını sındıranların qarşısını vətənpərvər çoxluq polisdən qabaq özü kəsmədi?

* Milli Məclisin təqsiri nə idi?

* Sınan çilçıraq, axı, ali qanunverici orqanın binasını işıqlandırır, düşmən kazarmasını yox!

Kimin, nəyin qisasını alırsınız və kimdən, hardan!

Əslində bu mənfur əməl sahibləri Azərbaycan əsgərinin yox, murdar erməninin yanında durduğunu göstərdi.

Bu xuliqanlara, təxribatçılara və satılmışlara laqeyd yanaşanlar isə ən azı mənəvi məsuliyyət daşıyırlar!

Əslində vətəndaş, vətənsevər mövqe nümayiş etdirmədiklərinə görə!

Belə mövqe isə hər zaman gərəkdir və Azərbaycan gəncinə çox yaraşır!


Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq


Bu gün dünyanın hansı nöqtəsində nə baş verir, dünyada hansı proseslər gedir cavanından tutmuş qocasınacan hamı dərhal bilir.

Çünki hərənin cibində bir telefon var, bütün günü başını aşağı salıb onu qurdalamaqla məşğuldur.

Hadisələri təhlil etmək üçün ilkin bilgi toplamağa, "politoloq”, "siyasi icmalçı”, yaxud "hüquq müdafiəçisi” olmağa da ehtiyac yoxdur!

Əslində bunların hamısı gün ərzində sosial şəbəkədədir, hər məsələni pis-yaxşı şərh edir, "bilməyənləri” maarifləndirməyə çalışırlar.

Son dövrlərdə sosial şəbəkələr də hərbi əməliyyatların iştirakçısına çevrilib!

Həm də təkcə xəbər çatdırmaq, baş verənlər barədə insanları məlumatlandırmaq mənasında yox!

Sosial şəbəkədən çox halda rəqib tərəfdə çaşqınlıq və vahimə yaratmaq, hərbi sirr daşıyan informasiyalar toplamaq, dezinformasiya ötürmək niyyətilə istifadə olunur.

Biz bu halları 2015-ci ildə Ermənistan vertolyotunu vuranda, 2016-cı ilin aprel müharibəsində daha yaxından duyduq və yaşadıq!

Lakin yenə də hamımız lazımi nəticə çıxarmırıq!

Yaxud da çıxarmaq istəmirik!

Əgər hərbçilərimizin başı döyüşlərə qarışıbsa, arxa cəbhənin sabitliyini və sakitliyini, mümkün təxribatların qarşısının alınmasını biz vətəndaşlar da təmin etməliyik!

Nə vaxtadək saxta profillərə aldanmalı, satqınların tökdükləri göz yaşlarına inanaraq ruhdan düşməli, düşmənə gərəkli informasiya ötürənlərə dözməliyik?!

Təəssüf ki, bəzən keyliyimizdən düşmənin məkrli informasiyasının, əslində dezinformasiyanın yayıcısına çevrilirik!

Ağıllanmaq zamanı çatmayıbmı?

Bizim aramızda "5-ci kolon” üzvləri, Vətənə xəyanət mövqeyi tutanlar yer almamalıdır və ala da bilməz!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu münasibətlə Azərbaycan xalqına müraciətində deyir: "Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə”.

***

Ordumuz 12 iyulda öz vəzifəsini sonadək şərəflə yerinə yetirdi!

Tovuz bölgəsində yaşayanlar top atəşinə və təhlükələrə baxmayaraq, dövlətə və orduya inanaraq təşvişə düşmədilər, yerlərindən tərpənmədilər!

Anti-Azərbaycan şəbəkə paytaxt Bakıda sabitliyi pozmağa, insanları çaşdırmağa nail olmadı!

Sosial şəbəkələrdə məqsədli dezinformasiyalar getsə də, Azərbaycan KİV-i və Müdafiə Nazirliyinin Mətbuat xidməti əsl həqiqətləri zamanında insanlara çatdırdı!

Müharibə davam edir!

Mübarizə davam edir!

İlham Əliyevin rəhbərliyi ilə xalqımızı yaxın gələcəkdə yeni-yeni uğurlar və qələbələr gözləyir!


Bəxtiyar
SADIQOV




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM