Alternative content

13:48 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 120 ölkədən Azərbaycana birmənalı dəstək
120 ölkədən Azərbaycana birmənalı dəstək
ANA SƏHİFƏ / SİYASƏT
00:42 21.07.2020


Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun qəbul etdiyi kommünikedə Ermənistanın hərbi təxribatı qətiyyətlə pislənildi


Ötən həftə dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın təxribatının qarşısını dəyanətlə alan Azərbaycan Ordusunun bölmələri qısa müddətdə düşmənə sarsıdıcı zərbə vurdular. 2016-cı ilin aprelində olduğu kimi, bu dəfə də erməni silahlı birləşmələri ordumuzun təzyiqi ilə geri çəkilməyə məcbur oldular. Düşmən nə qədər gizlətməyə cəhd etsə də, onun çoxsaylı canlı və texniki itkilər verməsi faktdır.


Növbəti məğlubiyyət Ermənistandakı gərginliyi daha da artıracaq


Öncə onu qeyd edək ki, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətindəki təxribatı baş nazir Paşinyanın erməni cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq, rəqibləri ilə siyasi gərginliyi azaltmaq məqsədi güdür. İki il əvvəl populist vədlərlə hakimiyyətə gələn Paşinyana Ermənistanda əhalinin etimadının itməsi reallıqdır. Ermənistanın təcrübəsiz, populist baş naziri faktiki olaraq ölkədə diktatura qurub, o bütün siyasi rəqiblərini təqib edir, həbsə atır, konstitusiyaya istədiyi dəyişiklikləri edir.

Bütün bunların fonunda Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyət daha da kəskinləşib. Beləliklə, iqtisadiyyatın çökməsi, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Ona görə Azərbaycanla sərhəddə təxribat Paşinyana xarici düşmən mövzusunu qabartmaq və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmaq üçündür.

Lakin görünən odur ki, bir neçə gün öncə Azərbaycan Ordusunun Ermənistana layiqli cəza verməsi onsuz da daxili ziddiyyətlərin dərinləşdiyi bu ölkədəki siyasi gərginliyi daha da artıracaq.


Paşinyanın siyasi riyakarlığı


Sərhəd bölgəsində baş verənlər, erməni hərbi birləşmələrinin təxribatçı əməlləri, Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaları, hətta mülki şəxslərə və evlərə atəş açmaları bir daha göstərdi ki, işğalçı ölkə olan Ermənistan region üçün təhlükə mənbəyidir. Təsadüfi deyil ki, bu hadisədən sonra Ermənistanın heç bir dövlət, təşkilat və siyasətçi tərəfindən dəstəklənməməsi də diqqəti çəkdi. Nə Amerikadan, nə Rusiyadan, nə Fransadan gələn açıqlamalarda erməni təəssübkeşliyi olmadı. Əksinə, siyasətçilər, beynəlxalq təşkilatlar və onların ayrı-ayrı təmsilçiləri öz açıqlamalarında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, dövlətlərin ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edilməsinin vacibliyini bildirdilər.

Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da onu müdafiə edən hansısa bəyanat vermədi. Əslində hərbi əməliyyatlar başlayan kimi təşkilat dərhal toplanaraq vəziyyəti müzakirə etməli idi. Ermənistan özü təxribata başlayan kimi dərhal KTMT-yə müraciət etmişdi. Amma üstündən günlər keçsə də, KTMT bu məsələni müzakirə etmədi. Ümumiyyətlə, bu təşkilat tərəfindən bir bəyanat belə səsləndirilmədi.

Son olaraq isə Avrasiya Hökumətlərarası Şurasında iştirak etmək üçün Minskə səfər edən N.Paşinyan burada dövlət başçılarına yaxınlaşaraq onlardan dəstək almağa çalışıb, lakin niyyətinə çatmayıb. Çünki birincisi, Ermənistan istisna olmaqla, Avrasiya Hökumətlərarası Şurasında təmsil olunan dövlətlər Azərbaycanın dostlarıdır. İkincisi isə, pandemiyanı bəhanə edərək Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı Moskvada keçirilən hərbi parada getməyən Paşinyanın Minskə səfər etməsi bütün siyasi dairələrdə, o cümlədən Rusiyada Ermənistanın baş naziri siyasi riyakar kimi qəbul olunur.


Qoşulmama Hərəkatı Azərbaycanla həmrəy olduğunu bəyan etdi


Əksər beynəlxalq təşkilatlar Ermənistanın son təxribatını açıq şəkildə pisləməsələr də, ümumilikdə dünya birliyindən Azərbaycanı müdafiə edən reaksiyalar özünü çox gözlətmədi. Dost ölkələrdən gələn bəyanatlarlarda Ermənistanın işğalçılıq siyasəti pislənildi, Azərbaycan torpaqlarının azad edilməsi tələb edildi, ölkəmizə dəstək ifadə olundu.

Bu istiqamətdə ən mühüm hadisələrdən biri üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı qəbul etdiyi kommünike oldu.

Kommünikedə QH-nin üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulanıb.

QH Əlaqələndirmə Bürosu Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edib. Həmçinin təşkilata üzv dövlətlər Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, respublikamızın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər. Beləliklə, QH-nin 120 üzv dövləti tərəfindən Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhədində son hərbi təxribatı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe ortaya qoyuldu.

Xatırladaq ki, bu, Qoşulmama Hərəkatı tərəfindən Azərbaycana qarşı ilk siyasi dəstək deyil. Ölkəmizin bu təşkilatın sıralarına üzv qəbul olunmasından sonra QH-nin yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin respublikamızın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub. Son olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının ötən il Bakıda keçirilən Zirvə görüşü həm də Azərbaycanın qlobal siyasi-diplomatik uğuru kimi yadda qalmışdı. Belə ki, həmin Zirvə görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirərək, onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında yoluna qoyulmasının vacibliyini vurğuladılar.

Bütövlükdə, QH Əlaqələndirmə Bürosunun Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatı ilə bağlı qəbul etdiyi kommünike ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi ilə bağlı mühüm siyasi hadisədir. Dünyanın BMT-dən sonra ikinci ən böyük təşkilatının bu sənədi göstərir ki, Ermənistanın beynəlxalq müstəvidə sıxışdırılması və erməni yalanlarının ifşası istiqamətində Azərbaycanın yürütdüyü siyasət müsbət nəticələrini verməkdədir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM