20 Iyul 2020 23:02
985
Elm və texnika
A- A+

Erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki abidələrimizin vandalizmə uğradılması faktları araşdırılır


AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən vandalizmə uğradılması faktlarının indiyə qədər ictimaiyyətə məlum olmayan tərəflərini araşdırıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, UNESCO-nun Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə aparılan geniş araşdırma işinin məhsulu olan "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı dörd dildə - Azərbaycan, ingilis, rus və fransız dillərində hazırlanaraq nəşr edilib. Həmçinin "Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarix və memarlıq abidələrinin kataloqu” Azərbaycan, ingilis, fransız və rus dillərindən ibarət olmaqla toplu şəklində çap olunub.

Sözügedən nəşrlərin hazırlanmasında əsas məqsəd, çap məhsullarını Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlikləri vasitəsilə yaymaq, Dağlıq Qarabağla bağlı həqiqətlərin, xüsusən də işğal altındakı tarixi şəhərlərimiz və abidələrimizə qarşı törədilən vandalizmlə bağlı gerçəkliyin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir.

Xatırladaq ki, müvafiq araşdırma Hüquq və İnsan Haqları İnstitutunda 2016-cı ildən başlanılıb və bu gün də davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video