17 Iyul 2020 23:07
1505
Mədəniyyət
A- A+

Azərbaycan ədəbiyyatı Ukrayna mətbuatında


Ukraynanın populyar "Лiтературна Україна” (Ədəbi Ukrayna) qəzeti Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəzetin iyul sayında Azərbaycanın Xalq şairi Hüseyn Arifin ukrain dilinə tərcümə olunmuş "Yaşa hələ”, tanınmış Azərbaycan şairləri Dilsuzun "Ev tikirəm”, Salam Sarvanın "Dar ağacında azmışam”, Aqşin Yeniseyin "Ən gözəl qadın”, eləcə də Rüstəm Behrudi və Leyla Əliyevanın şeirləri tanınmış Ukrayna şairəsi, tərcüməçi Lesya Mudrakın "Поезія гранатових відтінків” ("Nar çalarları poeziyası”) məqaləsi ilə təqdim edilib.

Şeirləri ukrain dilinə tanınmış Ukrayna tərcüməçiləri – Mıkola Miroşniçenko, Vano Krüqer, Lesya Mudrak, Vasili Dovjik və Pyotr Seleski tərcümə ediblər.

Səhifə, həmçinin Ukraynanın məşhur "litukraina.com.ua” (Ədəbi Ukrayna saytı) ədəbiyyat portalına yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video