17 Iyul 2020 19:32
960
Elm və texnika
A- A+

“Solar Orbiter” Günəşin yaxın məsafədən çəkilən ilk fotolarını Yerə göndərib


"Solar Orbiter” kosmik aparatı Günəşin 77 milyon kilometr məsafədən çəkilmiş ilk fotolarını Yerə göndərib. Alimlər həmin fotolarda miniatür günəş partlamalarını müşahidə ediblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, missiya iştirakçıları bu barədə Avropa Kosmik Agentliyinin (ESA) mənzil-qərargahında keçirilən online-brifinqdə məlumat veriblər.

"Fotoları əldə etdiyimiz üçün çox şadıq, lakin bu hələ başlanğıcdır. Missiyamız daxili Günəş sistemində səyahətini davam etdirəcək. Təxminən iki ildən sonra aparat Günəşə daha çox – 42 milyon kilometrə qədər yaxınlaşacaq. Bu, Günəşlə Yer arasında olan məsafədən dörd dəfə azdır”, - deyə missiyanın elmi rəhbəri Deniel Müller bildirib.

2020-ci il fevralın 10-da ABŞ-ın Kanaveral burnundan "Atlas V” daşıyıcı raketi vasitəsi ilə fəzaya çıxarılan "Solar Orbiter” NASA və ESA-nın birgə layihəsidir. Onun missiyası yeddi il üçün nəzərdə tutulub. Aparat bu müddət ərzində günəşin aktivliyini və qütblərini müşahidə edəcək. Missiya təxminən 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Zond altısı daim günəşə istiqamətlənən, digər dördü isə aparatın ətrafında mühitin vəziyyətini tədqiq edən on müxtəlif cihazla təchiz olunub. Bundan başqa, aparat istidən xüsusi müdafiə qalxanı sayəsində Günəşə 42 milyon kilometrədək yaxınlaşa biləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video