16 Iyul 2020 09:57
3545
İDMAN
A- A+

BOK beynəlxalq federasiyalara və Milli Olimpiya komitələrinə 100 milyon dollar yardım ayırıb


Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasının fəsadları ilə mübarizədə Olimpiya hərəkatına dəstək proqramına uyğun olaraq beynəlxalq federasiyalar və Milli Olimpiya komitələrinə ümumilikdə 100 milyon dollar verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax qurumun iyulun 15-də keçirilmiş İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında bildirib. O, qeyd edib ki, bu, təsdiqlənmiş 800 milyonluq yardım paketinin bir hissəsidir. Vəsaitin 43 milyonu beynəlxalq federasiyalara, qalan hissəsi Milli Olimpiya komitələrinə verilib.

Qeyd edək ki, BOK koronavirus pandemiyasına görə maddi itkilərlə üzləşən Milli Olimpiya komitələri və federasiyalara Olimpiya hərəkatını dəstəkləmək üçün may ayında 800 milyon dollar ayırıb. Bu məbləğin 650 milyonu Olimpiya Oyunlarının təxirə salınmasına görə çətin vəziyyətə düşən təşkilatçılar üçün nəzərdə tutulub. Qalan 150 milyon dollar isə Olimpiya hərəkatına dəstək məqsədilə ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video