09 Iyul 2020 00:12
4253
ELANLAR
A- A+

“Azərenerji” daha bir əhəmiyyətli layihəni reallaşdırır


"Azərenerji” ASC reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirir. "Azərenerji” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bunun üçün 330 kilovoltluq "Yaşma” yarımstansiyasında 120 MVAr gücündə, 330 kilovoltluq "Goranboy” Paylayıcı Məntəqəsində isə 180 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor quraşdırılır.

Yeni reaktorlar Azərbaycan enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulur. Daha dəqiqi, sistem əhəmiyyətli yarımstansiyaları əlaqələndirən əsas 330 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətlərinin birləşdiyi və yük axınları olan yerlərdə böyük güclü idarəolunan şuntlayıcı reaktorlar quraşdırılır. Çünki hazırkı vəziyyətdə 330 kilovoltluq sistemtəşkiledici xətlərdə mövcud olan reaktiv tutum gücləri onların yükötürmə qabiliyyətini azaltmaqla bərabər, itkilərə səbəb olurdu. Layihə gerçəkləşəndən sonra isə şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq xətlərin reaktiv yükünü qəbul etməklə, reaktiv yükün tənzimlənməsi ilə rejim imkanlarını yaxşılaşdıracaq, yük axınını tənzimləyəcək və bununla da reaktiv yükün kompensasiyası təmin ediləcək. İdarəolunan şuntlayıcı reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla yanaşı, texniki itkiləri azaldacaq və yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.

İndiki halda ölkə üzrə 2 ədəd idarəolunan şuntlayıcı reaktorun düyün nöqtələrində quraşdırılması enerji sistemi üçün yetərli olsa da, 2030-cu ilin perspektiv inkişaf planına uyğun olaraq tələbatın, yüksəkgərginlikli yarımstansiyaların və elektrik verilişi xətlərinin sayının artmasına görə əlavə şuntlayıcı reaktorların qoyulması həyata keçiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video