02 Iyul 2020 16:38
1198
Səhiyyə
A- A+

Səhiyyə Nazirliyi ilə İtaliyanın “Lazzaro Spallanziani” İnstitutu COVID-19-a qarşı mübarizə tədbirlərini müzakirə ediblər


Azərbaycanın Səhiyyə Nazirliyi ilə İtaliyanın "Lazzaro Spallanziani” İnstitutunun Elmi Şurası arasında COVID-19-a qarşı mübarizə tədbirləri mövzusunda görüş keçirilib.

Görüşdə Azərbaycan tərəfindən Səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavini-respublikanın baş sanitar həkimi, Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri, İtaliya tərəfindən isə səfir Auqusto Massari və professor Cüzeppe İppolitonun rəhbərliyi ilə "Lazzaro Spallanziani” İnstitutunun Elmi şurasının üzvləri iştirak edirdilər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkədə xəstəliyin yayılması, "Know How” və innovasiyaların tətbiqi, statistik göstəricilər, xəstəxana-tibb işçiləri potensialı, dərman və ləvazimat təchizatı, tibb personalının qorunması, xəstəliyin klinikası, formaları, ağırlaşma dərəcələri, COVID-19-a yoluxmanın diaqnostik kriteriyaları və digər məsələlər müzakirə edildi.

Müzakirələr əsnasında italiyalı həmkarlara ilkin testlərin harada götürülməsi (stasionar, poliklinika və ya məişət şəraitində), yüngül klinikalı xəstələrin sahə həkimləri tərəfindən müalicəsi imkanları, təmasların izlənməsi, antivirus terapiya, antibiotiklər və antikoaqulyantların, habelə kortikosteroidlərin tətbiqi, pasiyentlərlə birbaşa təmasda olan tibb işçilərinin növbədən sonra təcridi, eləcə də aparılan elmi araşdırmalar haqqında verilən sorğulara səfirliyin vasitəçiliyi ilə materialların Azərbaycana təqdim edilməsi üzrə razılığa gəlinib.

Görüşlərin bu formatda mütəmadi keçirilməsinə dair aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video