İLHAM ƏLİYEV Ermənistana növbəti diplomatik zərbə vurdu
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən son sammiti ölkəmiz üçün yalnız Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələrin inkişafda olmasının təsdiqi kimi yadda qalmadı. Bu beynəlxalq tədbir həm də Prezident İlham Əliyevin N. Paşinyana və onun timsalında Ermənistana vurduğu növbəti ifşaedici diplomatik zərbə oldu.
Azərbaycan - Aİ münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf edir
Öncə onu qeyd edək ki, indiyədək Azərbaycanla Avropa İttifaqı arasında həyata keçirilən tərəfdaşlığın hər bir aspekti tərəflərin münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərir. Siyasi baxımdan əlaqələr yüksək səviyyədədir. Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycanın regiondakı rolunun bu təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bəyan edib. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə Aİ-də Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş olduğuna dair konkret rəy formalaşdırıb.
2018-ci ildə Azərbaycanla Aİ arasında paraflanan "Tərəfdaşlıq prioritetləri” sənədi isə rəsmi Bakının həm uğurlu, həm də müstəqil xarici siyasətinin növbəti təsdiqidir. Əməkdaşlığın davamı olaraq münasibətlərdə yeni səhifə açan sənəddə qeyd edildiyi kimi, münasibətlərin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer aldığı sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Bütövlükdə, bu sənəd ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni zəmin yaradıb. Ən əsası "Tərəfdaşlıq prioritetləri”ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
Hazırda Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın bu təşkilatın üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir.
Paşinyan özünü ifşa etdi
İlham Əliyevin Azərbaycanın üzləşdiyi işğalla bağlı faktları diqqətə çatdırması isə sammitdə iştirak edən Ermənistanın baş naziri N.Paşinyanın növbəti dəfə özünü ictimaiyyət qarşısında biabır etməsi ilə nəticələndi. Hər dəfə olduğu kimi, beynəlxalq təşkilatların tədbirlərində söz alıb Prezident İlham Əliyevin fikirlərinə cavab vermək istəyən erməni baş nazir yenə də özü-özünü çıxılmaz vəziyyətə saldı, söhbətə qeyri-peşəkar müdaxiləsi, cılız davranış tərzi, gülünc cavab verməyi ilə təcrübəli dövlət başçıları və siyasətçilər arasında bir daha tamamilə yad biri olduğu təsirini bağışladı.
Ermənistanın baş naziri söhbətə müdaxilə etmək istəyərkən, əslində, özünü ifşa etdi. Bunun ən bariz nümunəsi bədahətən danışmaq qabiliyyəti olmayan Paşinyanın ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş "Naqornıy Karabagh” ifadəsini işlətməsidir. Məlum olduğu kimi, erməni rəsmi təbliğatı Qarabağı qondarma ifadə olan "Artsax” adlandırır. Hansı ki, bu ifadə heç erməni ictimaiyyətində də işlək deyil. Beynəlxalq səviyyədə isə "Naqornıy Karabagh” ifadəsindən istifadə olunur ki, buradakı "Karabagh” Azərbaycan dilində Qarabağ sözünün ingiliscə yazılışıdır. Paşinyan məhz bu sözü işlətməklə Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqlədi və bununla həm də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi.
Eyni zamanda Paşinyanın sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin ingilis dili "səviyyə”sini göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi.
İlham ƏLİYEV: "Belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”
Paşinyan özünü ifşa etməsi ilə həm də növbəti yalana imza atdı. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki xəstə təfəkkürü məhz yalan və saxtakarlıq üzərində qurulub. Erməni baş nazirin budəfəki yalanı isə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarı ilə bağlı oldu. Belə ki, Paşinyan yalan danışaraq iddia etdi ki, guya həmin qərarda Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyi barədə fikirlər yer alıb. Onun daha bir "arqumenti” isə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunması idi.
Birincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 26-da çıxardığı "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar hər kəs üçün əlçatandır və tanışlıq göstərir ki, həmin sənəddə Paşinyanın iddia etdiyi kimi, Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsi ilə bağlı bir söz belə yoxdur. Eyni zamanda bu qərarın çıxarılması ilə erməni tərəfi qarşıya qoyduğu əsas hədəfə nail ola bilməyib və Budapeşt şəhərində baş vermiş hadisəyə görə Azərbaycanın məsuliyyət daşıması barədə ermənilərin iddiası tamamilə iflasa uğrayıb. Belə ki, hadisənin fərdi davranış əsasında törədildiyi qərarda qeyd olunub.
İkincisi isə, Ramil Səfərovun əfvi heç bir beynəlxalq razılaşmanın və öhdəliyin ziddinə deyil. Dövlət başçısının əfv etmə səlahiyyətləri suveren qaydada həyata keçirilir, heç bir dövlət və ya dövlətlər qrupu, beynəlxalq təşkilat, beynəlxalq məhkəmə orqanları bu səlahiyyətə müdaxilə edə bilməz.
Prezident İlham Əliyevin "Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə də belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” sözləri isə cəmi bir neçə cümlə ilə Ermənistanın terrorçu siyasətinin ifşası oldu. İlham Əliyev erməni terrorçuluğunun yalnız bir epizodunu xatırlatdı. Erməni terroru ilə bağlı faktları kifayət qədər uzatmaq olar. Çünki onların həyata keçirdikləri qanlı cinayət əməllərinin sayı bir deyil, iki deyil, çoxdur. Bu hadisələr zamanı zərər çəkənlər həm də elə Avropa və Amerika vətəndaşları olublar.
Beləliklə, bu hadisə İlham Əliyevin Ermənistana vurduğu növbəti diplomatik zərbə oldu. Bu mənada Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində baş verənlər Paşinyanın salındığı nokdaunların, Ermənistanın beynəlxalq səviyyədə ifşa siyasətinin uğurlu davamı idi. Prezident İlham Əliyevin səsləndirdiyi bütün fikirlər dünya ictimaiyyətinə bir daha bəyan oldu. Dövlət başçısı Azərbaycanın üzləşdiyi problemin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqla haqqın bizim tərəfimizdə olduğunu əsaslandırdı.
Paşinyan isə yalnız çıxılmaz vəziyyətə salınmadı. Erməni baş nazir kəmsavad çıxışı, arada heç kimin anlamadığı ermənicə danışması, ehtiyac olmadan qoruyucu maskadan istifadə etməsi ilə həm də özünü beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətə saldı.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir...
28 Mart
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
28 Mart
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib...
28 Mart
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mart
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
28 Mart
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mart
FTX terror aktının təşkilində şübhəli bilinən ukraynalını saxlayıb
28 Mart
BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib
28 Mart
ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək
28 Mart
Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!