06 Iyun 2020 00:09
1044
ELANLAR
A- A+

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Mətbuat Xidmətinin məlumatı


Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda iki günlük sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq "Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Bunun üçün "Azərişıq” ASC-nin rəsmi saytında (azerishiq.az) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video