13 May 2020 02:17
2069
Səhiyyə
A- A+

“Azərkontrakt” Səhmdar Cəmiyyəti əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib


"Azərkontrakt” Səhmdar Cəmiyyəti Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq, hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə qanvermə aksiyası keçirib.

Cəmiyyətin sədr müavini Güləddin Dadaşov bildirib: "Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə yüksək səviyyədə əhatə olunub. Bu həssas sahə ilə bağlı görülən davamlı tədbirlər əhalinin daha sağlam gələcəyi üçün hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, diqqətin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər. Bu səbəbdən də Heydər Əliyev Fondunun çağırışına cavab olaraq mayın 12-də kollektivimiz tam heyətlə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veririk”.

Cəmiyyətin kollektivi bu humanist aksiyada həvəslə və könüllü şəkildə iştirak ediblər. Həkim-hematoloqlar tərəfindən aksiyada iştirak edən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Qanvermə zamanı donorların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video