Norveç qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə yayılıb
Norveçdəki "CAN” Azərbaycan diaspor təşkilatı "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi ilə birgə "Erməni yalanları dünya mediasında” layihəsinə start verib. Layihə çərçivəsində Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmdə yayılması ilə bağlı çağırışına əsasən İctimai Birliyin sədri Fuad Hüseynzadənin müsahibəsi və "Marağa-150 abidəsi” adlı məqaləsi Norveçin "Utrop” qəzetində dərc edilib. Bu barədəAZƏRTAC-a "CAN” təşkilatının sədri Şervin Nəcəfpur məlumat verib.
Müsahibədə Fuad Hüseynzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib. O, Azərbaycanın hər zaman qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamağın tərəfdarı olduğunu vurğulayıb. Bildirib ki, gün də Azərbaycan öz qonşuları ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. İctimai Birliyin sədri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regiona mənfi təsir göstərir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün olub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr hələ də yerinə yetirilməyib. Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də sülh yolu ilə həllinin tərəfdarıdır.
Müsahibədə 1978-ci ildə, Ermənistanın və Azərbaycanın SSRİ-nin tərkibində olduğu vaxt ermənilərin İrandan Dağlıq Qarabağa köç etməsinin 150 illiyini qeyd etmək üçün ucaldılmış abidədən danışan Fuad Hüseynzadə həmin abidənin ermənilər tərəfindən münaqişədən əvvəl dağıdıldığını qeyd edib. O, işğal altındakı tarixi və dini abidələrin dağıdılmasından da söz açaraq bu kimi halların sülh və sabitliyin bərqərar olması üçün ciddi problemlər yaratdığını qeyd edib, hazırda Azərbaycanda erməni dini abidələrinin də qorunduğunu bildirib. Bakı şəhərindəki "Qriqori Lusavoriç” erməni kilsəsi bərpa edilərək dövlətin mühafizəsinə götürülüb.
Müsahibədə Azərbaycanda milli-dini dözümlülük haqqında da danışılıb, bunun digər ölkələr üçün nümunə ola biləcəyi bildirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə və Misir prezidentləri səfirlərin mübadiləsi barədə tapşırıq veriblər
30 May
Energetika naziri “Boston Consulting Group” şirkətinin nümayəndələri ilə görüşüb
30 May
MN: Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərindəki mövqeləri atəşə tutulub
30 May
“Honor Earbuds X5” qulaqcığı təqdim edilib
30 May
Bu çiçəyi qoparmağın cəzası 244 mindir
30 May
İsrailin “BioPharmax” şirkəti Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır...
30 May
Rəcəb Tayyib Ərdoğanın hakim alyansı parlamentdə 323 mandata sahib olub
30 May
“Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinə mediatur təşkil olunub
30 May
Səməd Seyidov: Azərbaycanın göstərdiyi bütün səylər regionda təhlükəsizliyin təmin olunmasına yönəli...
30 May
“Buta Airways” aviaşirkəti Tacikistanın paytaxtına ilk uçuşunu həyata keçirib
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!