26 Fevral 2020 11:09
1942
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 409 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Tarif Vəli oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlə həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 20/73 saylı qərarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd müraciətində səsvermə günü 77 saylı Astara seçki dairəsinin bütün seçki məntəqələrində seçici fəallığının aşağı olmasını, seçici fəallığının süni şəkildə artırılmasını, müşahidəçilərə maneələrin yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, bəzi seçki məntəqələrində bülletenlərin topa halında qutuya salındığını, adı seçici siyahısında olmayan şəxslərin səs verməsini, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların verilməməsini, bir şəxsin bir neçə seçki məntəqəsində səs verdiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Araşdırma nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmamışdır.

Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsbit olunmuş, müraciətdə göstərilən pozuntular təsdiqini tapmadığından əsassız olması müəyyənləşdirilmiş, müraciətin təmin edilməməsi barədə qərar çıxarılmışdır.

Ərizəçinin 77 saylı Astara seçki dairəsinin seçki məntəqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmaması, normal müşahidənin aparılmasının qeyri-mümkün olması, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsi, eyni şəxslərin bir neçə dəfə səs verməsi, iki şəxsin bir kabinəyə daxil olması, bəzi seçki məntəqələrində seçki bülletenlərinin topa halında qutuya salınması, seçki məntəqələri üzrə seçici fəallığının süni şəkildə artırılması ilə bağlı iddiaları araşdırılarkən həmin halların heç bir əsasının olmadığı və təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış digər müşahidəçilərin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından, seçici siyahılarında edilmiş müvafiq qeydlərdən, digər zəruri materiallardan, eləcə də veb-kameraların quraşdırıldığı məntəqələrdə seçmə üsulu ilə görüntülərin izlənilməsinin nəticələrindən görünür ki, seçki günü seçki məntəqələrində girişdə tətbiq olunan prosedurlardan başlayaraq bülletenin qutuya salınmasınadək bütün səsvermə prosesinin izlənilməsi ilə bağlı hər hansı bir maneə və ya problem olmamış, müşahidə sərbəst və açıq şəkildə həyata keçirilmiş, müşahidəçilərə real müşahidə üçün zəruri şərait yaradılmış, həmçinin seçicilərin fəal iştirakı, səs verərək öz iradələrini azad şəkildə ifadə etmələri, səsvermə başa çatdıqdan sonra seçki qanunvericiliyinin tələblərinə uyğun surətdə bülletenlərin sayılması, səslərin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib olunaraq təsdiq olunmuş surətinin maraqlı şəxslərə verilməsi müşahidə olunmuşdur.

Beləliklə qeydə alınmış namizəd T.V.Əliyevin 24 fevral 2020-ci il tarixli 409 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 20/73 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Tarif Vəli oğlunun 24 fevral 2020-ci il tarixli 409 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 20/73 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video