19:09 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Monteneqrolu müşahidəçi: Seçkilərdə Azərbaycan xalqı qalibdir
ANA SƏHİFƏ / SİYASƏT
13:29 10.02.2020
 

Azərbaycanda seçkilər yüksək səviyyədə həyata keçirilib. Demokratik seçki proseduraları baxımından dünən çox gözəl gün idi. Mənə məlum deyil, dünənki seçkilərdə kim qalib gəlib. Ancaq onu deyə bilərəm ki, Azərbaycan xalqı qalibdir.
 

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akkreditə olunmuş Monteneqro parlamentinin deputatı Predraq Sekuliç söyləyib.

O, seçkiləri 16 məntəqədə müşahidə etdiyini və burada yaradılan şəraitdən məmnunluğunu bildirib. "Mənim Azərbaycanda müşahidəçilik təcrübəm var. Mən burada Prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Azərbaycanda insanlar fəaldır. Ümumilikdə hər şey yaxşı təşkil olunub”, - deyə P.Sekuliç qeyd edib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM