27 Yanvar 2020 21:52
450
SİYASƏT
A- A+

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib


Yanvarın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə komissiyanın 17 yanvar 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) tərəfindən "exit-poll” keçirilməsi niyyəti ilə MSK-ya ünvanlanan müraciətə baxılıb. Komissiya qanunvericiliklə nəzərdə tutulan müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılan müraciəti müzakirə etdikdən sonra sözügedən təşkilatın qarşıdan gələn Milli Məclisə seçkilərdə "exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul edib.

Daha sonra Milli Məclisə seçkilərlə əlaqədar seçki hüququnun mübahisələndirilməsi iddiası ilə daxil olan müraciətə baxılıb və aparılan geniş müzakirələr nəticəsində müraciətlə bağlı əsaslandırılmış qərar qəbul olunub.

Milli Məclisə seçkilərin izlənməsinə qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video