17 Dekabr 2019 18:16
2547
Birinci vitse-prezident
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində olublar


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya dekabrın 17-də Heydər Əliyev Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən sərgilərə baxdılar.

Mərkəzin direktoru Anar Ələkbərov məlumat verdi ki, burada yaradılan Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada Ulu Öndərə aid maraqlı faktlar, foto və video materiallar və digər nadir eksponatlar təqdim olunur.

Azərbaycanın Birinci vitse-prezidenti və Ukrayna Prezidentinin xanımı "Azərbaycan inciləri” sərgisində oldular.

Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

Heydər Əliyev Mərkəzində izləyicilərə təqdim olunan daha bir nadir layihə "Musiqi alətləri: birlik və müxtəliflik” sərgisidir. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunur.

Mərkəzdə yaradılan "Mini Azərbaycan” sərgisi isə Azərbaycanın tarixi və arxitektura binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı verir.

Mehriban Əliyeva və Yelena Zelenskaya "Kukla incəsənətdə” sərgisinə də baxdılar. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilir. Onların arasında ukraynalı müəlliflərin də əl işləri yer alıb. Buradakı sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir və onların əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət "Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi də fəaliyyət göstərir.

Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı.

Qonağa Azərbaycan haqqında kitab hədiyyə edildi.

Ukrayna Prezidentinin xanımı Mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video