07 Dekabr 2019 22:25
2622
Səhiyyə
A- A+

Qara çay faydalı olsa da, ifrat dərəcədə çox içməkdən çəkinmək lazımdır


Mütəxəssislər uzun illərdir ki, qara çayın faydalı xüsusiyyətlərini öyrənirlər. Tədqiqatlar göstərir ki, gündə 1 stəkan çay içənlərin immun sistemi daha güclü olur.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, qara çay xüsusilə mövsümü soyuqdəymələr zamanı daha çox faydalıdır. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Qara çay B2, C və E vitaminləri, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəriağardıcı təsirə malikdir. O, qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəliklərinə profilaktiki təsir göstərir. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyi artırır.

Artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki bəzi maddələr qidadan alınan dəmirin miqdarını azaldır. Çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər.

Çay, eyni zamanda, pəhriz üçün də yaxşı vasitədir, çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. İçərisinə faydalı bitkilər əlavə edilməklə çay içilməsi artıq kalori və çəkidən azad olmağa kömək edir. Lakin həddindən artıq şəkərli çay içmək isə ürək-damar, köklük kimi xəstəliklərə səbəb olur. Ümumiyyətlə, gün ərzində dörd fincandan artıq və tünd çay içməkdən çəkinmək lazımdır. Orqanizmin ehtiyac duyduğu mayeni isə su ilə ödəmək məsləhətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video