21 Noyabr 2019 12:40
2225
Səhiyyə
A- A+

Zob xəstəliyi olanların feyxoa yeməsi faydalıdır

Sitrus meyvələrindən olan feyxoa ağacı hündürlüyü 6 metrə çatan həmişəyaşıl, alçaq gövdəli bitkidir. Mənfi 16 dərəcəyə qədər temperatura davam gətirir. Əkiləndən üç il sonra meyvə verməyə başlayan ağacın məhsulu çiçəkləmə dövründən dörd-beş ay sonra yetişir və yığılır.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, Braziliya təbiətşünası Joao da Silva Feyxo ilk dəfə feyxoanı XIX əsrdə yetişdirib və meyvə adı onun şərəfinə verilib. Qərbi Paraqvay və cənubi Braziliyada təbii halda yetişir. Ölkəmizdə onu Lənkəran və Astara rayonlarında yetişdirirlər.

Feyxoanın insan sağlamlığı üçün çox faydası var, ondan dərman kimi də istifadə olunur. Feyxoanın tərkibində olan S vitamini soyuqdəymə zamanı və qrip epidemiyalarında əvəzolunmaz vasitədir. Onun tərkibində olan dəmir, selen, maqnezium maddələri orqanizmin bir sıra funksiyalarında müsbət rol oynayır.

Onun tərkibində suda həll olunan yod birləşmələrinin olması meyvəyə xüsusi özəllik verir. 1 kiloqram feyxoanın tərkibində 2 milliqramdan 10 milliqrama qədər yod var. Ona görə də yod çatışmazlığı xəstəliyindən əziyyət çəkənlər ondan istifadə etməlidirlər. Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.

Feyxoanın lətinin ağ olması meyvənin tam yetişmədiyini göstərir. Lətin tünd və ya açıq qəhvəyi rəngdə olması isə onun xarab olmasına işarədir.

Feyxoanın xüsusilə qabığında olan fenol birləşmələri antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliyinin profilaktikası üçün olduqca vacib olan maddələrdir. Soyuqdəymədən əziyyət çəkənlərə feyxoadan hazırlanmış çay içmək məsləhətdir. Feyxoa arterial təzyiqin tənzimlənməsinə və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa da kömək edir

Feyxoadan zəhərlənmə riski böyükdür. Tərkibində şəkərin miqdarı çox olduğuna görə diabet və piylənmədən əziyyət çəkənlərə feyxoa yemək məsləhət görülmür. Körpə uşaqlara da onun verilməsi düzgün deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video