14 Sentyabr 2019 21:04
4365
Birinci vitse-prezident
A- A+

Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq - VİDEO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

Mehriban Əliyeva: Sizi görməyə çox şadam.

Hicran İsmayılova: Çox sağ olun, Allah razı olsun.

Mehriban Əliyeva: Sağ olun, bir daha xoş gördük.

Hicran İsmayılova: Allah Sizdən razı olsun.

Mehriban Əliyeva: Bu ev Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Hicran İsmayılova: Bəli. Siz bizi evlə təmin etmisiniz.

Mehriban Əliyeva: Qısa zamanda inşa edildi.

Anar Ələkbərov: Mehriban xanım, biz bu evi Sizin tapşırığınızla iki ay ərzində tikib təhvil vermişik.

Hicran İsmayılova: Çox sağ olun Mehriban xanım.

Qeyd edək ki, həmin zəlzələ zamanı Şamaxı ilə yanaşı, İsmayıllı və Ağsu rayonlarında da fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən zəlzələnin fəsadlarının dərhal aradan qaldırılmasına başlanıldı. Bu məqsədlə dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamla Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Prezident İlham Əliyevin sentyabrın 12-də və 13-də imzaladığı sərəncamlara əsasən isə Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə bu rayonların hər birinə 2 milyon manat vəsait ayrıldı.

Xatırladaq ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkən ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video