03 Aprel 2019 00:26
2948
Oxucu məktubları
A- A+

...Aprel döyüşlərinə 5 gün qalırdı


Qalib Layim oğlu Zülfüqarlı hərb sənətini seçəndə bilirdi ki, onu qarşıda çətin sınaqlar gözləyir. Buna baxmayaraq, bu yolla getdi. Orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Hərbi Məktəbə qəbul olundu.

2014-cü ildə təhsil ocağını leytenant rütbəsi ilə başa vurdu. Sonra hərbi xidmətini cəbhənin ön xəttində - Qazax rayonu ərazisində davam etdirdi. 2016-cı il martın 27-də isə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak oldu. Döyüşdəki igidliyi özü kimi qəlblərə köçdü, həmişəlik tarixə yazıldı.

Qalib dünyaya göz açdığı Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırıldı. Dəfn mərasimində minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də iştirak etdilər. Qalib ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olundu.

O, torpağa tapşırılandan beş gün sonra erməni silahlı qüvvələri təxribat törətmək istəyərkən ordumuz onlara elə divan tutdu ki, bu dəfə səsi bütün dünyaya yayıldı.

Həmin döyüşlərdə şəhid olan əsgərlərimiz kimi, Qalib də unudulmur, məktəbimizdə onunla bağlı müxtəlif tədbirlər keçiririk. Tədbirlərdə Qarabağ müharibəsi veteranları, ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Onlar Qalib Zülfüqarlının keçdiyi qısa, lakin mənalı ömür yolundan danışır, daim xatirələrdə yaşayacağını bildirirlər. Tədbirlərdə şagirdlərə belə bir fikir də aşılanır ki, xalqımızın qazandığı nailiyyətləri, mədəniyyətimizi qorumaq üçün vətəni sevmək, onunla fəxr etmək lazımdır.

Nurəddin RƏHİMOV,

Lənkəran şəhər 7 saylı tam orta məktəbin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video