26 Mart 2019 20:11
1038
CƏMİYYƏT
A- A+

Əkbər Novruzov: Ticarət mərkəzindəki yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib


Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat saat 8:12 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olub. Səkkiz dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Ərazidə avtomobillərin hərəkəti tıxac yaratdığından işimizə mane olub. Artıq 1-ci, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Zirzəmidə söndürülmə işləri davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlərə müsahibəsində bildirib.

Qərargah rəisi deyib ki, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanında qeydə alınıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

"Hadisə nəticəsində yanğın bölmələri əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Mülki vətəndaşlardan xəsarət alan olub-olmaması barədə bizdə məlumat yoxdur. Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemləri yoxdur. Yanğın söndürmək üçün suyu iki kilometr məsafədən gətirirdik. Bu da bizim işimizi çətinləşdirirdi. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq”, - deyə Ə.Novruzov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video