Mükəmməl infrastruktur layihələri Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırır
Prezident İlham ƏLİYEV: "Bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda bir sıra işgüzar görüşlər keçirib. Bu görüşlərdə diqqəti çəkən məqam isə dövlət başçısının dünyanın nəhəng transmilli şirkət rəhbərləri ilə təmasda olmasıdır.
Təqdirəlayiq haldır ki, həmin görüşlərin təşəbbüsçüləri elə həmin şirkət rəhbərləridir. Bu fakt onu göstərir ki, aparılan uğurlu iqtisadi və struktur islahatlar sayəsində Azərbaycan dünyanın biznes elitası üçün cəlbedici ölkəyə çevrilib.
Həmin görüşlərin bir özəlliyi də sözügedən şirkətlərin Azərbaycan iqtisadiyyatının infrastruktur layihələrinə investisiya qoymaq marağının olmasıdır. Həmin maraqlar Bakının işıqlandırılmasından tutmuş dövlət strukturlarını son texnologiyalarla təchiz edərək elektron hökumətin yaradılması, eləcə dünyanın gələcək inkişafının təminatçısı olacaq süni intellektin ölkəmizə də tətbiqi sahələrini əhatə edir. Dövlət başçısı görüşlərində Azərbaycanda mükəmməl nəqliyyat və digər sahələr üzrə infrastrukturun yaradılması sayəsində ölkəmizin dünya üçün coğrafiyasından daha böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Həqiqətən, nəqliyyat infrastrukturu layihələrinin uğurla icra edilməsi nəticəsində bu gün Azərbaycan-Avropa, eləcə də Avropa-Asiya arasında çatışmayan körpü yaranıb. Belə hal ölkəmizin dünyada həm də siyasi nüfuzunu artırıb.
Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsində ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəfləri açıqlayaraq demişdir: "Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin, əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcək şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq”.
Ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunun oynamasında Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi xüsusi önəm daşıyır. Bu dəmiryolu Şərqdən Qərbə və əks istiqamətə malların daşınmasını xeyli asanlaşdırıb. Həmin yolun əhəmiyyəti ondan ibarətdir ki, bu, həm iqtisadi cəhətdən sərfəlidir, həm də vaxt itkisinin qarşısını alır. Marşrutun qısa olmağı maya dəyərini aşağı salır, yüklər alıcıya vaxtında çatdırılır. Belə hal həm mal göndərənə, həm də mal qəbul edənə sərfəlidir.
Onu da qeyd edək ki, "Şərq-Qərb nəqliyyat dəhlizi”nin uğurlu fəaliyyəti üçün Orta Asiya ölkələri ilə əməkdaşlıq genişləndirilir. Bu məqsədlə Türkmənistan, Əfqanıstan və Tacikistanla səmərəli əməkdaşlıq edilir. Həmin ölkələrdən Azərbaycan üzərindən Avropaya və əks istiqamətə mal göndərilir. Hazırda Qırğızıstanla da bu məqsədlə danışıqlar aparılır. Yaxın gələcəkdə həmin ölkənin də "Şərq-Qərb nəqliyyat dəhlizi”ndən istifadə edəcəyi şübhəsizdir. Qazaxıstan isə bu sahədə ənənəvi tərəfdaşımızdır.
Məlum olduğu kimi, Azərbaycan təkcə tranzit ölkəsi deyil, həm də nəqliyyat qovşağıdır. Şərqdən Qərbə gedən marşrutla yanaşı, Şimal-Cənub marşrutunda da ölkəmiz əsas rol oynayır. Ötən il bu nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Daha çox yükün daşınması üçün ölkə daxilindəki dəmiryollarının yenidən qurulması prosesinə başlanılıb. Yenidənqurma başa çatdıqdan sonra Şimal-Cənub dəhlizindən daha çox yükün daşınması mümkün olacaq.
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsü ilə yaradılan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizi bir çox dövlətlərlə sıx bağlayacaq. Bu qarşılıqlı fayda əsasında əməkdaşlıq ölkəmizin siyasi nüfuzunu daha da qaldıracaq. Dünya praktikasında son illər cərəyan edən siyasi proseslərə nəzər yetirdikdə görürük ki, dövlətlərarası münasibətlərdə iqtisadi amillər əsas rol oynayır. Hər bir ölkə hətta mübahisəli məsələləri belə, danışıqlar yolu ilə həll etməyə çalışır. Bu, bir daha onu göstərir ki, müasir dünyada iqtisadi maraq siyasi ambisiyadan üstündür.
Rüstəm KAMAL,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir...
01 Dekabr
ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib
01 Dekabr
İran "COP28" sammitində iştirakdan imtina edib
01 Dekabr
“Anadolu” agentliyinin əməkdaşı Qəzzada həlak olub
01 Dekabr
Zambiya mədənində
01 Dekabr
“Ariane-6” raketi bu tarixdə uçacaq
01 Dekabr
İqlim dəyişikliyi nədir?
01 Dekabr
2 tona yaxın narkotik ələ keçirildi - ƏMƏLİYYAT
01 Dekabr
"Ukrayna ordusunun imkanlarını azaltmışıq" - Şoyqu
01 Dekabr
Daun sindromlu uşaqların bacarıqlarının təkmilləşdirilməsi
01 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!