01:31 14 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan narının brendi yaradılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:51 11.12.2018

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri Azərbaycan narının brendini yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 11-də ADA Universitetində Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda assosiasiyanın sədri Fərhad Qaraşov deyib.

Sədr qeyd edib ki, assosiasiya tərəfindən mütəmadi olaraq fermerlərlə nar yetişdirilməsi sahəsində maarifləndirici tədbirlər, seminarlar təşkil edilir. Həmçinin İtaliyaya fermerlərin səfəri təşkil edilib və təcrübə mübadiləsi aparılıb. F,Qaraşov onu da əlavə edib ki, nar məhsullarının ixracı və üzərindəki etiketləri dünya standartlarına uyğun aparılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM