09:36 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zeytunda olan yağ turşuları ana südünün tərkibinə çox yaxındır
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:18 12.12.2018


Zeytunun meyvəsi ölümsüzlük və bərəkət, yarpaqları yeni həyat, budağı isə sülh rəmzi sayılır. Qədim yunanlar zeytun yağını "maye qızıl” adlandırırdılar.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, bu bitkinin tərkibində praktik olaraq insan orqanizminə lazım olan bütün mikroelement və vitaminlər var. Onun meyvəsinin 80 faizi doymamış yağ turşularından ibarətdir. Həmin yağlar isə heyvani yağdan fərqli olaraq aterosklerozun inkişafını dayandırır, ürək-damar sisteminə və həzm orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Tərkibindəki F vitamininin əsas komponenti hüceyrə membranının qurulmasında iştirak edir. İmmunostimulyator, həzmyaxşılaşdırıcı, xora əleyhinə, qan laxtalandırıcı, antioksidant və zəif işlədici təsirlərə malik zeytun yarpaqlarının tərkibindəki oleuropein qan təzyiqini də stabilləşdirməyə kömək edir.

Fransız diyetoloqlarının fikrincə, zeytun yağı orqanizmi demək olar ki, bütün xəstəliklərdən qoruyur, qocalmanı dayandırır, bədəni cavanlaşdırır və ömrü uzadır. Kardioloqlar zeytun yağının miokard infarktı riskini 70 faiz azaltdığını söyləyirlər.

Zeytunun tərkibindəki doymamış yağ turşuları qadın cinsiyyət vəzilərinin funksiyasını normalaşdırır. Alimlər bitkinin tərkibindəki yağ turşularının ana südünə çox yaxın olduğunu müəyyən ediblər. Zeytun ağacının qabıqlarından kinə əvəzedicisi kimi istifadə olunmasına çalışırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM