24 Aprel 2014 01:04
413
Səhiyyə
A- A+

Zərifə Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdəndir

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçı Vaqif Abdullayev akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdəndir.
Tədbirdə digər çıxış edənlər də Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolundan, fəaliyyətindən, oftalmologiya elminin inkişafında, yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasındakı xidmətlərindən danışmışlar.
Bildirilmişdir ki, Zərifə Əliyeva məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Görkəmli oftalmoloq alimin xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video