10:50 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zərərli və xeyirli meyvə-tərəvəzlər
ANA SƏHİFƏ / SƏHIYYƏ
09:33 17.09.2018

Bir sıra meyvə, giləmeyvə və tərəvəzlərin tərkibi yoxlanılaraq onların hansının insan orqanizminə daha çox zərərli olduğu müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, alimlərin apardığı tədqiqatlara əsasən ətirli çiyələk özünün bir sıra faydalı xüsusiyyətləri ilə yanaşı, pestisidlərlə də zəngindir. Tərkibində olan zərərli maddələrin miqdarına görə çiyələk ən təhlükəli giləmeyvə hesab edilib.

Sonrakı yerlərdə ispanaq və alma gəlir. Armud, şaftalı, üzüm, kərəviz və albalının da orqanizm üçün zərərli təsirləri olduğu müəyyən olunub.

Kartof, şirin bibər, pomidor, ananas, avokado, kivi, qreypfrut, papayya, soğan, gül kələm, badımcan və qulançar daha az zərərli hesab edilir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM