19 Sentyabr 2021 00:55
909
İQTİSADİYYAT
A- A+

Zərdabda qısa vaxtda 130 tonadək pambıq yığılıb

 

Zərdab rayonunda pambıq yığımı sürətlə davam edir və qısa vaxtda 130 tonadək məhsul toplanıb.

Rayon dövlət aqrar inkişaf mərkəzindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə 19 icra nümayəndəliyində 3070 hektar sahədə pambıq yetişdirilib. Hazırda bütün qüvvələr məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Hər gün sahələrə 300 nəfərdən çox işçi qüvvəsi çıxır. Əksər ərazilərdə, xüsusilə daha çox pambıq əkilən və bol məhsul yetişdirilən Çallı, Kəndəbil, Əlvənd, İsaqbağı və bir sıra digər ərazi icra nümayəndəliyində “ağ qızıl” toplanması daha sürətlə və mütəşəkkil davam etdirilir.

Cari mövsümdə sahələrin 2620 hektarında məhsul pambıqyığan maşınlarla yığılacaq. Bu məqsədlə “MKT İK” və “P-AQRO” MMC-lər tərəfindən 12 kombayn hazır vəziyyətə gətirilib. Gələn həftədən kombaynlar sahələrə çıxarılacaq.

Qeyd edək ki, mütəxəssislər cari mövsümdə tarlaların hər hektarından 28-30 sentner məhsul istehsal ediləcəyi qənaətindədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video