06:01 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zəngəzur dəhlizi Azərbaycanın yeni güc mərkəzi olacaq

ANA SƏHİFƏ / SİYASƏT
00:52 02.10.2021

 

Prezident İlham Əliyev bu təşəbbüsü də reallığa çevirəcək

 

İkinci Qarabağ müharibəsində əldə edilən parlaq Qələbə ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib, eyni zamanda, regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranmasını şərtləndirib. Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirib.

İkinci Qarabağ müharibəsindəki şanlı zəfərlə regionda yeni reallıqlar yaradan Azərbaycan hazırda bütün addımları postmüharibə dövrünün tələblərinə uyğun atır. Ölkənin iqtisadi qüdrəti həm pandemiya ilə mübarizə tədbirlərinin, həm də Qarabağda böyük tikinti-quruculuq işlərinin aparılmasına imkan verir.

 

Qalib Komandan Ermənistana çıxış yolu da göstərir

 

Bu gün Azərbaycan əsas diqqəti məhz Qarabağın dirçəlişi, Zəngəzur dəhlizinin açılması istiqamətinə yönəldib. Görülən işlər də göz önündədir.

Amma məğlub Ermənistan yenə də məkrli niyyətini nümayiş etdirərərk bu prosesin, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Sülh müqaviləsi imzalamaqdan da boyun qaçırır. Azərbaycan isə qalib ölkə kimi Ermənistanın 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyir.

Prezident İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edib ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də ilk növbədə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır.

Belə olan təqdirdə yeni əməkdaşlıq platforması hesab edilən “3+3” formatının reallaşması mümkündür. Bu formatın reallaşması, ilk növbədə, Ermənistanın düşdüyü acınacaqlı durumdan qurtuluşu ola bilər.

Son iki həftə ərzində İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında, Türkiyənin “Anadolu” agentliyi, Fransanın “France-24” telekanalı və Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibələrində bir daha bu mövzuya toxunaraq təkliflərini səsləndirib və Ermənistana yenə də çıxış yolu göstərib.

Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Lakin bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu bağlantı təmin edilməyib. Prezident İlham Əliyev isə deyir ki, bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Azərbaycan müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkib. Yəni 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur: “Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlayıb. Zəngilana həm dəmir yolu, həm də avtomobil yolu çəkilir, hava limanları tikilir. Azərbaycan öz ərazisində bütün işləri iki il ərzində görəcək. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, bir ilə, il yarıma çəkilə bilər. Azərbaycan isə bunu gözləyir.

 

Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq

 

“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq. Burada inşa olunacaq avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticari-iqtisadi imkanlar yaradacaq. Azərbaycan bu dəhlizin reallaşması üçün genişmiqyaslı işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdarkən media nümayəndələrinə açıqlamasında bildirib.

Soçi səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə müxtəlif mövzuların müzakirə olunduğunu deyən Türkiyə Prezidenti qeyd edib ki, görüşün əsas mövzusu regional məsələlər olub: “Eyni zamanda Azərbaycan məsələsini də müzakirə etdik. Atıla biləcək birgə addımlar haqqında səmimi və səmərəli fikir mübadiləsi apardıq”.

Azərbaycan və Türkiyənin dövlət başçıları dəhlizin müsbətyönümlü imkanlarını vurğulayaraq qeyd edirlər ki, əgər bu, reallaşarsa, ilk növbədə, regionun gələcək inkişafına mühüm təsir göstərər və davamlı sülh təmin olunar.

Amerikalı politoloq Endryu Korıbko da hesab edir ki, Naxçıvan dəhlizi münaqişənin son həllinə görə misilsiz bir inkişaf və inteqrasiya imkanları təmin edərək, bölgənin coğrafi-iqtisadi potensialında inqilab edəcək. Buna görə, Ermənistanın atəşkəsə hörmət etməsini və məsələnin hərtərəfli həll olunmasını təmin etmək üçün birlikdə çalışmaq hər bir regional tərəfin maraqlarına cavab verir: “Hər iki tərəf üçün qazanclı ola biləcək bu ssenarini pozan yeganə əngəl İrəvandakı ultra-milliyyətçilərdir və bütün regional tərəfdaşlar, xüsusən də Moskva onlara deməlidir ki, gələcək problemləri qızışdırmaq tamamilə qəbuledilməzdir”.

Prezident İlham Əliyev vurğulayır ki, Zəngəzur dəhlizi Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın maraqlarına cavab verir. Bu dəhlizin yaradılması, işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

Ümumiyyətlə, postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, qeyri-müəyyən bir dövr sayılır. Çünki əvvəlcədən bu dövrdə proseslərin necə inkişaf edəcəyini müəyyənləşdirmək çətindir. Amma bütün zamanlarda verdiyi qərarlarla, həyata keçirdiyi islahatlarla Azərbaycanın qurtuluşunu təmin edən İlham Əliyev bu dövr üçün də hədəflər müəyyənləşdirmişdi. İndi Azərbaycan öz iqtisadi qüdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqları əsasında inkişafını davam edir. Yəni İlham Əliyevin müharibədən sonra gələcək addımlarla bağlı müəyyənləşdirdiyi “yol xəritəsi” ilə Azərbaycan Cənubi Qafqazdakı mövqeyini getdikcə daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması isə ölkəmizin iqtisadi qüdrətini daha da yüksəldəcək.

Əgər Ermənistan tezliklə 10 noyabr Bəyanatının müddəalarına əməl etməsə, “dəmir yumruq” yenidən işə düşə bilər. Bu isə İkinci Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətdən hələ özünə gələ bilməyən Ermənistanı daha acınacaqlı duruma salar.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM