12:36 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zəlzələnin nəticələrinin aradan qaldırılmasında tibb işçiləri də fəallıq göstərirlər
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:07 17.07.2012

 

Həyətdəki səhra hospitalı bir daha xatırladır ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanası fövqəladə iş rejimini davam etdirir. May ayının 7-də və 18-də baş vermiş güclü zəlzələlər rayonun səhiyyə ocaqlarına ziyan vurmaqdan əlavə, tibb işçilərinin qayğılarını artırıb, fəaliyyət qrafiklərində maksimum dəyişikliyə səbəb olub-rayon səhiyyəsi fövqəladə iş rejiminə keçib.

Zəlzələnin ilk günlərindən Səhiyyə Nazirliyi tərəfindən rayona reanimobil həkim briqadası, dərman, sarğı materialları, həmçinin zəlzələ şoku sindromunun aradan qaldırılması məqsədi ilə psixoloqlar göndərilib. Yeraltı təkanlar nəticəsində uçmuş tibb məntəqələrinin fəaliyyəti 20 çadır-məntəqədə bərpa edilib. Mərkəzi rayon xəstəxanasının baş həkimi Zülfüqar Mahmudovun verdiyi məlumata görə, hər gün 24 saat ərzində 12 həkim briqadası çalışıb. Psixoloqlar əhali ilə müntəzəm görüşlər keçiriblər. Belə görüşlərin nəticəsi olaraq insanların həyəcanı xeyli azalıb. Digər ixtisas sahibləri də əhalidən tibbi və mənəvi yardımlarını əsirgəməyiblər. Bütün müraciətlər barədə Səhiyyə Nazirliyinə operativ məlumatlar verilib. Ümumilikdə müxtəlif zədələrlə 80-ə yaxın xəstə müraciət edib, onlardan 2-si stasionar xəstə olub, qalanı isə ambulator müalicədən sonra evə buraxılıb. Zəlzələnin daha çox hiss olunduğu Qımır, Bazar, Çobankol, Muxax, Gözbarax, Mamrıx kəndlərində yaradılan epidemioloji briqadalar müvafiq tədbirlər həyata keçirib. Baş verən zəlzələlərdən sonra heç bir ölüm hadisəsi, qida zəhərlənməsi və yoluxucu xəstəlik qeydə alınmayıb.

Ancaq yeraltı təkanlar nəticəsində xəstəxana və tibb məntəqəsi binalarına xeyli ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinə müraciətdən sonra bu binalara müvafiq komissiyalar tərəfindən baxış keçirilib və müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Mərkəzi rayon xəstəxanasında, Danaçı, Yeni Suvagil, Gözbarax, Aşağı Tala, Kəpənəkçi həkim və tibb məntəqələrində müvafiq olaraq tikinti, bərpa-təmir və gücləndirmə işləri görülməlidir. Ümumilikdə rayon üzrə 23 tibb məntəqəsi zəlzələdən ziyan çəkib.

Zəlzələyə qədər isə Zaqatalada səhiyyə infrastrukturunun yaradılması ilə bağlı xeyli iş görülmüşdür. 155 çarpayılıq mərkəzi rayon xəstəxanası 2009-cu ildə tikilib istifadəyə verilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Burada 214 həkim, 690 tibb bacısı çalışır. 2011-ci ildə 33 həkim və 81 orta tibb işçisi ixtisasartırma kurslarında olub.

2010-cu ildə səhiyyədə islahatlar proqramına uyğun olaraq rayonun Muxax kəndində 50 çarpayılıq dünya standartlarına cavab verən Ağ Ciyər Xəstəlikləri Xəstəxanası tikilib istifadəyə verilib. Xəstəxananın laboratoriyası öz müasirliyinə görə respublikamızda üçüncü sayılır. Nəzərə alsaq ki, Zaqatala vərəm xəstəliklərinə yoluxma ehtimalına görə ölkəmizin həssas bölgələrindən biridir, onda Muxaxdakı xəstəxananın əhəmiyyəti daha aydın olar. Təsadüfi deyildir ki, 2008-ci ildə rayon üzrə 79, 2009-cu ildə 91, 2010-cu ildə 92 xəstənin stasionar müalicəyə cəlb olunmasına şərait var idisə, 2011-ci ildə stasionar müalicə alan ağ ciyər xəstələrinin sayı 157 olub.

Söhbət zamanı baş həkim Z.Mahmudov qeyd etdi ki, əhalinin müayinə faizinin nisbətən aşağı olmasının bir səbəbi də mərkəzi rayon xəstəxanasının səyyar flüoqrafiya aparatının olmamasıdır.

2012-ci ilin aprel ayında Zaqatala RMX-nın aparatına, konsultativ poliklinika, pediatriya, terapiya şöbələrinə "Statik İP" verilməklə yüksək sürətli internet və lokal şəbəkə xətləri çəkilib. Stasionardan çıxan xəstə haqqında məlumatların, diaqnoz və cərrahi əməliyyatların kodlarının Səhiyyə Nazirliyinə ötürülməsi üçün xüsusi proqramlaşdırılmış kompyuter dəsti alınıb.

Rayonda əhaliyə səhiyyə xidmətinin daha yüksək səviyyədə təşkili üçün digər gərəkli tədbirlər də həyata keçirilir. Hazırda may zəlzələlərinin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən tədbirlər tibb işçilərinin də fəaliyyətlərinin başlıca istiqamətlərindən sayılır.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM