Zəfər Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan tarixi” VII Ümumrespublika bilik yarışı başlayır
Heydər Əliyev Mərkəzində keçiriləcək növbəti bilik yarışına hazırlıqlar başlayıb. “Heydər Əliyev və Azərbaycan tarixi” VII Ümumrespublika bilik yarışında iştirak edən 40-dan çox ali təhsil müəssisəsinin tələbələrindən ibarət komandalar bu gündən etibarən Heydər Əliyev Muzeyində olaraq Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan tarixinə dair mövzular üzrə araşdırma aparmaqla müsabiqəyə hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, builki “Heydər Əliyev və Azərbaycan tarixi” Ümumrespublika bilik yarışının əsas mövzusu Vətən müharibəsi və şanlı Zəfər tarixinə həsr olunub. Noyabrın 12-də Heydər Əliyev Mərkəzində təşkil olunacaq yarışın son günündə komandalar arasından 3 qalib seçiləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında 2014-cü ildən etibarən keçirilən bilik yarışı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, dahi rəhbərin irsinin yaşadılması ilə yanaşı, gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır.
Bu günədək keçirilən yarışların qaliblərini bir daha təqdim edirik:
“Heydər Əliyev və Azərbaycan tarixi” I Ümumrespublika bilik yarışı
12 noyabr 2014-cü il
İştirakçı: 44 ali məktəbin komandası
Qaliblər:
I yer - Bakı Slavyan Universiteti
II yer - Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
III yer - Lənkəran Dövlət Universiteti
***
“Heydər Əliyev və Azərbaycan tarixi” II Ümumrespublika bilik yarışı
10 noyabr 2015-ci il
İştirakçı: 46 ali məktəbin komandası
Qaliblər:
I yer - Qafqaz Universiteti
II yer - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
III yer - Lənkəran Dövlət Universiteti
***
“Heydər Əliyev və Azərbaycan tarixi” III Ümumrespublika bilik yarışı
8 noyabr 2016-cı il
İştirakçı: 42 ali məktəbin komandası
Qaliblər:
I yer - Azərbaycan Dövlət İqtisad Universiteti
II yer - Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyası
III yer - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
***
“Heydər Əliyev və Azərbaycan tarixi” IV Ümumrespublika bilik yarışı
11 noyabr 2017-ci il
İştirakçı: 44 ali məktəbin komandası
Qaliblər:
I yer - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası
II yer - Azərbaycan Dövlət Aqrar Universiteti
III yer - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
***
“Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışı
18 oktyabr 2018-ci il
İştirakçı: 47 ali məktəbin komandası
Qaliblər:
I yer - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası
II yer - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
III yer - Daxili İşlər Nazirliyinin Polis Akademiyası
***
“Heydər Əliyev və Azərbaycan tarixi” VI Ümumrespublika bilik yarışı
12 noyabr 2019-cu il
İştirakçı: 48 ali məktəbin komandası
Qaliblər:
I yer - Daxili İşlər Nazirliyinin Polis Akademiyası
II yer - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
III yer - Dövlət Sərhəd Xidməti Akademiyası.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!