22:49 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:47 07.05.2021

 

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş əməkdaşların mayın 6-da Baş Prokurorluqda təntənəli andiçmə mərasimi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təsisat kimi formalaşması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirilərək həyata keçirdiyi hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olub.

Baş prokuror vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə prokurorluğun fəaliyyətinə xüsusi maddə həsr edilərək, onun yeri məhkəmə hakimiyyəti sistemində müəyyən edilməklə statusu, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilib. Daha sonra - 1999-cu ildə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının qanununun qəbul olunması ilə prokurorluq sovet dövrünün məqsəd, vəzifə və funksiyalarından azad edilib, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyənləşdirilib, sistemi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş gənc hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilmiş siyasət nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının yeni mərhələsinə qədəm qoyub. Qırx dörd günlük haqq savaşında qazanılan möhtəşəm Qələbə dövlətimizin başçısının yenilməz qətiyyətini, Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Baş prokuror bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla gənclərin dövlət idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən mütəmadi tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayaraq gəncliyin uğurlu gələcəyinə hesablanıb.

Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyətinin xalqımız tərəfindən daim dəstəkləndiyini nəzərə çatdıran Baş prokuror prokurorluq əməkdaşlarının həyata keçirilən siyasi kursa, dövlətə və dövlətçiliyə daim sadiq olduqlarını qeyd edib.

Qeyd olunub ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2021-ci ildə keçirilmiş 22-ci müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 100 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyinatı barədə Baş Prokurorluq üzrə əmr elan edilib. İşə qəbul olunanlar təntənəli surətdə and içib. Baş prokuror Kamran Əliyev onlara xidməti vəsiqələri təqdim edib.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Suat Qəhrəmanova, Aqil Əşrəfov və Vətən müharibəsi iştirakçisi İlkin Şıxməmmədov çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirib və bu yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, onların prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əminliyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM