22:28 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yüz evə sığmayan sevinc
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:01 29.01.2012

 

Hörmətli redaksiya! İşim nə qədər çox olsa da, "Azərbaycan" qəzetini həmişə vaxt tapıb oxuyuram. Dövlətimizin uğurlarını təbliğ edən, perspektivlərə  işıq salan bu qəzetə xüsusi rəğbətim var. Ona görə sizin oxuculardan biri kimi mən də redaksiyaya məktub yazmağa qərar verdim.

Respublika ərazisində qazlaşdırmanı sürətləndirmək dövlətin sosial siyasətinin əsas istiqamətlərindəndir. Biz də işimizi bu yöndə qurmağa çalışırıq. "Azəriqaz"ın yetərli maddi-texniki dəstəyindən səmərəli istifadə edərək əsas gücü kəndlərin qazlaşdırılmasına yönəltmişik. Bu sahədə gördüyümüz işlər rayon əhalisində razılıq doğurur. Artıq 2011-ci il başa çatıb. Fərəhlə deyə bilərəm ki, rayonda təbii qaz verilən kəndlərin sayını 33-ə çatdırmışıq. Yeni il ərəfəsində Hacallı kəndinə də təbii qaz verilişini gerçəkləşdirdik. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər dövlət qayğısından, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin regionlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, xüsusilə kəndlərin qazlaşdırılmasına böyük diqqət yetirməsindən minnətdarlıqla danışdılar. Neçə gündür ki, Hacallı kəndinin 106 evində təbii qaz yanır. Bu, yüzdən çox ailəyə yeni ildə bir dünya sevincin bağışlanılması, bir kəndin xanımlarının minbir əziyyətinə son qoyulması deməkdir. Evdar qadınların qayğıları azalırsa, məişətlərində rahatlıq yaranırsa, bölgələrdə ekologiyanın qorunması istiqamətində addımlar atılırsa, biz də əməyimizlə qürurlanırıq. 

Kəndlərin qazlaşdırılması işini hazırda uğurla davam etdiririk. Təbii qaz veriləcək növbəti ünvan isə Türkmən kəndidir. İndi kəndin daxilində təmir-tikinti işləri sürətlə aparılır.

Həmişə çətin sınağa çevrilən qış fəslində təbii ki, bizim də qayğılarımız artır. Qışın şaxtalı günlərində abonentləri fasiləsiz qazla təmin etmək üçün hələ yay aylarında zəruri hazırlıq işləri görmüşük. Əminliklə deyə bilərəm ki, qarşıdakı bu sınaqdan da üzüağ çıxacağıq.

 

Ramiz ADIGÖZƏLOV,

Bərdə rayonu Qaz İstismarı İdarəsinin rəisi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM