15:28 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yoluxmanın azalması heç kəsdə arxayınçılıq hissi yaratmamalıdır

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:07 16.02.2021

 

Həkimlərə təşəkkürümüzü bildiririk və vətəndaşlara da çağırış edirik ki, Səhiyyə Nazirliyinin və

TƏBİB-in verdiyi tövsiyələrə əsasən peyvənd işində fəallıq göstərsinlər.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Nazirlər Kabinetinin əməkdaşlarının vaksinasiyası zamanı jurnalistlərə deyib.

Dövlət qurumlarında çalışan əməkdaşların vaksinasiyası üçün hər şeyin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən sektor müdiri deyib: “Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bütün tədbirlər həyata keçirilir ki, koronavirusun ölkəmizdə yayılmasının qarşısı alınsın. Çox sevindirici haldır ki, son günlər ölkəmizdə yeni növ koronavirusa yoluxanların sayı minimal həddə çatıb. Lakin yoluxmaların azalması heç kimdə arxayınlıq yaratmamalıdır. Ona görə də hər kəs həm Səhiyyə Nazirliyinin, həm də TƏBİB-in tövsiyələrini yerinə yetirməlidir”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM