01 Aprel 2012 12:04
498
Oxucu məktubları
A- A+

Yollar da rahatdır, avtobuslar da

 

Son vaxtlarda Gəncədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin əsas qollarından biri də küçələrin genişləndirilməsi, yolların təmiri və yenidən qurulması ilə bağlıdır. Hər tərəfdə səkilər düzəldilib, milli ornamentli istinad divarları çəkilib, işıq sistemi təzələnib.

Bu cür yaraşıqlı küçələrə, heç şübhəsiz, müasir quruluşlu nəqliyyat vasitələri lazımdır. Elə buna görə də istismar müddəti başa çatan mikroavtobuslar müasir tipli nəqliyyat vasitələri ilə əvəz edilir.

Bu günlərdə Cənubi Koreya istehsalı olan on bir ədəd "Hunday" markalı avtobus gətirilərək bir nömrəli marşrut xəttinə buraxılıb. İlin sonuna kimi bu cür avtobusların sayının 100 ədədə çatdırılması nəzərdə tutulub. 38 nəfərlik olan bu yeni nəqliyyat vasitələrində sərnişinlərin mənzil başına rahat getmələri üçün hər şərait yaradılıb.

Nəqliyyat sahəsində aparılan islahatlar çərçivəsində köhnə taksilərin də dəyişdiriləcəyi nəzərdə tutulub. Bu məqsədlə yaxın vaxtlarda 200 ədəd taksinin gətirilməsi gözlənilir. Ən əsası budur ki, müasir nəqliyyat infrastrukturuna uyğun olaraq elektron tablolu 100 ədəd dayanacaq quraşdırılır.

Təzə avtobuslar şəhərin mərkəzi hissəsi boyu - Heydər Əliyev prospekti ilə Yeni Gəncə qəsəbəsi üzrə hərəkət edir.

 

Məzahir HÜSEYNOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video