23:36 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yığılması çətin, qiyməti baha - quzuqarnı göbələyi

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:23 08.04.2021

 

Quzuqarnı adlanan göbələyi mart ayının ikinci ongünlüyündən başlayaraq şimal rayonlarının meşəliklərindən toplamaq olar.

AZƏRTAC xəbər verir ki, bu göbələyin zəhərlisinə rast gəlinmir. Cəmi 30-35 gün ərzində yetişən quzuqarnını aprelin ortalarınadək yığmaq mümkündür.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.

Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzuqarnı satanlara rast gəlmək mümkündür. Mövsümün əvvəlində baha qiymətə satılan quzuqarnı hazırda alıcılara kiloqramı 15-25 manata təklif edilir.

Yol kənarında quzuqarnı satışı ilə məşğul olan Ağamalı Qasımov bildirib ki, göbələyin bu növü meşədə, əsasən qovaq ağaclarının altında bitir. Rəngi də yarpaqlardan seçilmir. Bu il mart ayında yağıntı çox olduğundan quzuqarnı da boldur.

Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Bununla belə, quzqarnının yığılması olduqca zövqlü məşğuliyyət sayılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM