15 Yanvar 2012 12:01
529
İDMAN
A- A+

Yerli futbolçulara etimad göstərmək lazımdır

 

"Biz hər yoldan keçəni yaxşı futbolçudur deyib komandaya götürmürük. Ciddi seçim gedir". Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran" klubunun seleksiyaçı-məşqçisi Zaur Ramazanov demişdir. Artıq iki futbolçunu - Akif Tağıyev və Qafar Əliyevi komandaya qazandıran veteran hücumçu axtarışlarını davam etdirdiyini bildirmişdir: "Seleksiya işlərini ölkənin hər yerində aparıram. Bu yaxınlarda Lənkəranda idim. İşlər davam edir. Türkiyəyə komanda ilə birgə deyil, yanvarın 23-də gedəcəyəm. Buradan heç bir futbolçu aparmayacağam. Əksinə, düşərgəyə gələnləri baxışdan keçirəcəyik".

Seleksiyaçı-məşqçi əlavə etmişdir ki, düşərgəyə baxışa gələnlərin çoxunun komandada qalmaq ehtimalı yoxdur: "Belarusdan gələnləri götürün. Onlar öz hesablarına gəlmişdilər, elə də getdilər. Əsasən yerli futbolçulara etimad göstərmək lazımdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video