13:12 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yerə bənzər daha bir planet kəşf olunub
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
09:04 19.04.2014

Yerdənkənar sivilizasiya axtarışı ilə məşğul olan amerikalı astronomlar bu yeni planeti  kosmik “Kepler” teleskopu vasitəsilə aşkar ediblər. “Kepler-186F” adı ilə qeydə alınan səma cismi  bu vaxtadək kəşf olunan planetlərdən  daha çox Yerə oxşayır. Planet  Yerdən cəmi  10 faiz böyükdür.  İlkin ehtimala görə, “Kepler-186F” planetin parametrləri, ulduzundan məsafəsi, qravitasiya  və temperatur dərəcəsi,  ümumiyyətlə,  səthindəki, eləcə də ətrafındakı astrofiziki  şərait orada suyun maye halda olmasına imkan verir. Deməli, bu planetdə hər hansı formada həyat mövcud ola bilər.  Qırmızı cırtdan ulduz ətrafında edən “Kepler-186F”  bizdən 490 işıq ili uzaqlıqdadır.

Xatırladaq ki, son 20 ildə 1800 Yerə oxşar planet kəşf olunub. Bunların da cəmi 20-si həyat formaları üçün zəruri  göstəricilərə malik astronomik zonalarda yerləşir və hamısı da Yerdən xeyli böyükdür.

Qeyd edək ki, “Kepler-186F”-dən başqa onun aid olduğu sistemdə daha 4 planet var.  Kainatın bu planetar sistemin  də daxil olduğu  sahəsindən şüurlu varlıqların göndərə biləcəyi heç bir siqnala rast gəlinməyib. Mütəxəssislər bunu məsafənin çox böyük olması ilə əlaqələndirərək oralarda canlı və şüurlu varlıqların ola biləcəyini istisna etmirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM