01 Mart 2012 12:03
530
Elm və texnika
A- A+

Yer səthindən 1980 metr aşağıda yaşayan canlı tapılıb

 

Portuqaliya və İspaniya bioloqları yerdən 1980 metr aşağıda, dünyanın ən dərin mağarasında məskunlaşmış canlı kəşf ediblər. Bu mağara Abxaziyada yerləşir və girişdən ən dərin  nöqtəsinə kimi məsafə 2191 metrdir.

Buğumayaqlılara aid edilən canlı "Plutomurus ortobalaganensis" adlandırılıb. Qaranlıda yaşayan əksər heyvanlarda olduğu kimi bu canlının da gözləri yoxdur. Tamamilə qaranlıq, günəş şüası çatmayan, daimi soyuq şəraitdə yaşamağa "məhkum" heyvan "ərazi"də məhdud miqdarda rast gəlinən göbələk və üzvi maddə çürüntüləri ilə qidalanır.

Bioloqlar mağaranın  yuxarı qatlarında daha bir neçə yeni canlı növü kəşf ediblər. Daha əvvəllər ən dərini Meksikadakı bir mağarada - yerin 920 metr tərkində  canlı növünə rast gəlinmişdi. Yeni "rekordsmen" Rusiyalı mütəxəssislərin iştirakı ilə 2010-cu ildə təşkil edilmiş ekspedisiya zamanı aşkara çıxarılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video