15:37 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni turizm marşrutları Kəlbəcər və Laçından keçəcək

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:12 13.10.2021

 

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına mühüm tarixi və strateji əhəmiyyət daşıyan səfəri zamanı dövlət başçısı bərpa və yenidənqurma işləri ilə tanış olmuş, bir sıra layihələrin təməlini qoymuşdur. Bu layihələrdən biri də Laçın rayonunun Qorçu kəndi ərazisində inşa ediləcək hava limanıdır. Hava limanı, ilk növbədə, bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə, bu yerlərdə turizm potensialının artırılmasına səbəb olacaq.

 

Xatırladaq ki, aeroportun Qorçu kəndinin ərazisində tikilməsi təsadüfi deyil. Dövlət başçısı hava limanının təməlqoyma mərasimində bildirib ki, bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər artıqdır. Eyni zamanda Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq: “Burada böyük torpaq işləri aparılacaq. Bəzi təpələr kəsiləcək, bəzi boşluqlar doldurulacaq. Yəni torpaq işləri vaxtımızı aparan əsas işlər olacaqdır”.

Azad edilmiş ərazilərdə bu gün dünya standartlarına uyğun geniş infrastruktur yaradılmasına, bərpa-yenidənqurma və quruculuq işlərinə start verilib. Aeroportların inşası isə gələcəkdə bu bölgənin iqtisadi, mədəni və turizmin inkişafında  mühüm rol oynayacaq. Dövlət başçısı bildirib ki, Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr nəzərdə tutulan hava limanında 6 təyyarə dayanacağı inşa ediləcək. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Ən vacib məqamlardan biri isə bölgədə turizmin inkişafı ilə bağlıdır. Belə ki, Kəlbəcər tarixən faydalı qazıntı yataqları, səfalı təbiəti ilə yanaşı, İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə də məşhur olub. Ermənistanın işğalından sonra bölgənin təbii ehtiyatları qanunsuz istismar edilib. Hazırda “İstisu”nun öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran əsas vəzifələrdən biridir.

Kəlbəcərin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriya tikilib. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb.

Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə istisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir. Suyun temperaturu səthdə müsbət 74, dərinlikdə isə 90 dərəcəyə çata bilər. İstisu mineral bulaqları 12 bulaqdan ibarətdir. “İstisu” sanatoriyası hələ sovet illərində turistlərin ən çox üz tutduğu məkanlardan biri olub. Ekspertlər burada yay turizmi ilə yanaşı, qış turizminin də inkişaf etdirilməsi potensialının böyük olması qənaətindədirlər.

“Vəhşilər bu abidəni də söküblər. Qəribədir, burada “mir” yazılıb, bu abidə sülhü tərənnüm edirdi. Vəhşi düşmən bunu da sökübdür. Onu da söküb, bu binanı da söküb, hər tərəfi söküb. Biz bütün yerləri yenidən bərpa edəcəyik, yenidən həyat qayıdacaq”, - Azərbaycan Prezidenti deyib.

Şərqi Zəngəzurun hərtərəfli ink

işafı üçün avtomobil yollarının tikintisi xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlqoyma mərasimi olub. Dövlət başçısı bildirib ki, tunelin tikintisi çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir: “Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm də Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək”.

Kəlbəcər-Laçın bölgəsi turistlərin marağına səbəb olan tarixi-mədəni abidələrlə zəngindir. Kəlbəcər rayonunda Gəncəbasar monastırı (XIII əsr), Tərtər çayının sahilində Xudavəng monastırı (XIII-XVII əsrlər) dünya əhəmiyyətli memarlıq abidələrinə aid edilir. Bölgədə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinə Kəlbəcərin Çıldıran, Qarnakar, Qocaqot kəndlərində alban məbədləri, ilk və orta tunc dövrünə aid yaşayış yerləri, Qubadlı rayonunun Əliquluuşağı kəndində Göyqala (V əsr), Mağara məbədi, Balalıəsənli kəndində sığınacaqlar (IV əsr), Laçın rayonunda Cicimli kəndində türbələr (XIV və XVIII əsrlər), kurqanlar (Dəmir dövrü), Qoçaz kəndində Mağara məbədi (V əsr), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalası (XII əsr), Məmmədbəyli kəndində səkkizguşəli türbə (XIV əsr) aid edilir. Kəlbəcər-Laçın bölgəsində, həmçinin yerli əhəmiyyətli tarixi-mədəni abidələr də çoxdur (məscid, məqbərə, qədim yaşayış yerləri və s.).

Yeni avtomobil və hava yollarının yaradılması yaxın gələcəkdə Azərbaycanı təkcə bölgənin deyil, dünyanın turizm istiqamətlərindən birinə çevirəcəyinə şübhə yaratmır.

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri təbii ki, Azərbaycanın gücünü və bu bölgənin qısa zamanda bərpa etmək potensialını göstərir. İqtisadçı ekspertlər hesab edirlər ki, Kəlbəcər və Laçın iqtisadi baxımdan Azərbaycan üçün vacib rayonlardandır. Kəlbəcər təbii ehtiyatlarına və Cənubi Qafqazda turizm potensialına görə seçilən rayondur. Kəlbəcər Cənubi Qafqazda çox azsaylı ünvanlardandır ki, fasiləsiz turizm xidmətləri təklif etmək imkanına malikdir. Burada yay-qış tarixi, mədəni, dini, sağlamlıq turizm məhsulları təklif etmək mümkündür.

Görünən odur ki, Kəlbəcər və Laçın rayonları bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr vermək imkanlarına malik olacaq. Həm Kəlbəcər və Laçın arasında, həm də Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, Laçında beynəlxalq hava limanın inşası hər iki rayonun növbəti dövrdə strateji əhəmiyyətini daha da artıracaq. Laçında inşa ediləcək hava limanının bütövlükdə bölgənin potenisalının təbliğ edilməsi və təhlükəsizliyin formalaşması baxımından vacibdir. Bu, əslində, regionun təhlükəsizliyinə dəstəkdir. Eyni zamanda hər iki rayonun turizm potensialının böyük olması Laçın Beynəlxalq Hava Limanın rentabelli işləməsinə səbəb olacaq. Bu, artıq beynəlxalq uçuşların həyata keçirilməsi, turistlərin gəlməsi, həmin ərazidə istehsal olunacaq qeyri-neft məhsullarının daha böyük bazarlara çıxarılması deməkdir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM