16:57 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni qəsəbə salındı
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
03:03 11.03.2012

 

2007-ci ildə Giləzi kəndində baş verən intensiv torpaq sürüşmələri sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Geoloji araşdırmalardan sonra fövqəladə hallar komissiyasının yekdil qərarına əsasən kəndin köçürülməsinə qərar verilmişdi. Bu məqsədlə Aşağı Atuc kəndi yaxınlığında, Qusarçayın sağ sahilində 60 hektar torpaq sahəsi ayrılmış, müasir üslubda yeni qəsəbə salınmışdır.

Qısa bir müddətdə Aşağı Atuc kəndində yaraşıqlı, müasir tələblərə cavab verən qəsəbənin salınmasına heç kim inanmazdı. Lakin inşaatçıların gərgin zəhməti öz bəhrəsini verdi.

Qəsəbədə müasir üslubda 107 üçotaqlı, 62 ikiotaqlı, 20 dördotaqlı ev tikilmişdir. Yeni yaşayış məskənində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Binalar kommunikasiya xətləri ilə təchiz edilmiş, hər ailəyə 8 sot həyətyanı sahə ayrılmışdır. Hər bir ailənin istifadəsi üçün hamam, 1 ton su tutumu olan çənlər quraşdırılmışdır. Qəsəbədə 0,64 hektar sahədə park salınmış, 240 şagird yerlik məktəb, klub, kitabxana, tibb məntəqəsi, poçt, ATS, uşaq bağçası tikilmişdir. Sakinlərin istirahətinin mənalı və səmərəli təşkili üçün də xeyli iş görülmüşdür.

Əhalini fasiləsiz içməli su  ilə təchiz etmək üçün 3 artezian quyusu qazılmış, 500 kubmetrlik anbar inşa edilmişdir. Qəsəbədə müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyindən onun seldən təhlükəsizliyini təmin etmək üçün Qusarçayın sahilində 360 metr uzunluğunda qoruyucu bənd tikilmiş, küçələrdə drenaj xətləri çəkilmişdir. Qəsəbənin küçələrində asfaltlaşma işləri aparılmış, bəzək və gül kolları əkilmiş, yaşıllıqlar salınmışdır. 

Hər bir yaşayış məskənində yanğın təhlükəsizliyi ən vacib şərtlərdəndir. Bu baxımdan qəsəbədə yanğınsöndürmə deposu da tikilir.

Bir neçə gün əvvəl bu evlərin qapıları öz sahiblərinin üzünə açıldı. Torpaq sürüşməsindən ciddi nigarançılıq keçirən Giləzi kənd sakinləri Azərbaycan dövlətinin qüdrəti ilə öyünür və bir kəndin qayğılarını çiyinlərinə alan Azərbaycan Prezidentinə alqış deyirlər.  

 

Qəhrəman QASIMOV,

Quba rayonu



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM