25 May 2013 02:05
406
Təhsil
A- A+

Yeni məktəbin açılışı bayrama çevrildi

 

May ayının 23-də Salyan rayonunun Boranıkənd kəndində yeni tikilən məktəb öz qapılarını şagird və müəllimlərin üzünə açdı. Həmin gün kənd əhalisi elliklə bu tədbirə toplaşmışdı. Üzlərdə sevinc, qəlblərdə fərəh hissi vardı. Bayrama çevrilən bu şənlikdə muradlarına çatan kənd sakinləri qurban kəsdilər, məktəblilər isə ulu öndərə həsr olunmuş şeir və poemalardan parçalar söylədilər.

Təlbirdə iştirak edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov əlamətdar hadisə münasibətilə şagirdləri, müəllimləri, valideynləri təbrik etdi. Sonra rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, kəndin ağsaqqalı, bir neçə il bundan əvvələ kimi bu məktəbdə dərs demiş, hazırda təqaüddə olan Fazil Qəhrəmanov, şəhid anası Aqilə Kərimova, məktəbin müəllimi Alimə Babayeva və başqaları çıxış edərək ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə, məktəbin tikintisində əməyi olan inşaatçılara minnətdarlıqlarını bildirdilər.

Əvvəlki məktəb binası keçən əsrin ortalarında tikildiyindən günün tələblərinə cavab vermirdi. Qışda siniflərin qızdırılması müşkül məsələyə çevrilmişdi. Qarlı, yağışlı havada idman dərsləri boş keçirdi. Kimya, fizika, biologiya fənləri kabinetləri primitiv olduğundan lazımi təcrübələri aparmaq mümkünsüz olurdu. Bunlar şagirdlərlə, müəllimlərlə yanaşı, valideynləri də narahat edirdi. Odur ki, kəndin ağsaqqalları, ziyalıları burada yeni məktəb binasının tikilməsi haqda lazımi təşkilatlara müraciət etdilər. Onların xahişi nəzərə alındı, keçən ilin ortalarında  yeni məktəb binasının tikintisinə başlanıldı.

Tədbirdə qeyd edilmişdir ki, son on ildə respublikamızda 2 mindən çox yeni məktəbin tikilməsi, onların müasir qurğu və avadanlıqlarla təchiz edilməsi təlim-tərbiyə işinin yaxşılaşmasına, şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. 2003-cü ildən bəri rayonda müasir tələblərə cavab verən 16 yeni məktəb binası tikilərək istifadəyə verilib. Həmin tədris ocaqlarının bir neçəsi Heydər Əliyev Fondunun vəsaiti ilə inşa edilib.

 

S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video