25 Avqust 2013 12:08
442
Təhsil
A- A+

Yeni dərs ilinə yeni binalar

 

Əhmədbəyli Samux rayonun ən iri kəndlərindən biridir. Burada minlərlə adam yaşayır, gəliri, qazancı çoxdur. Di gəl ki, kənd məktəbi yararsiz binada yerləşirdi.

Cari ildə kəndin mərkəzində müasir quruluşlu yeni məktəb binasının təməli qoyuldu. Bina üçmərtəbəli nəzərdə tutulub. Bu mühüm iş "Bik texnik" MMC-nin kollektivinə həvalə olunub. Burada işlər sürətlə və keyfiyyətlə görülür.

İş icraçısı Elbrus Alıyev səriştəli inşaatçıdır. Deyir ki, tikinti materialı, texnika, işçi qüvvəmiz kifayət qədərdir. Çalışırıq ki, hər iş cədvəl üzrə nəzərdə tutulan müddətdə görülsün. Təcrübəli ustalardan Bəhruz Nəsibov, Fərrux Məmmədov, Azər Əsədov və başqaları işlərin keyfiyyətlə aparılması üçün böyük səylə çalışırlar. İkinci blokda inşaat işləri demək olar başa çatıb. Üstünün örtülməsi üçün hazırlıq görülür. İdman zalında son tamamlama işləri gedir. Əsas blokda isə hörgü və suvaq işləri davam edir. Hamının məqsədi birdir. Bu mühüm obyekt nəzərdə tutulduğu müddətdə təhvil verilsin.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Samuxda sosial obyektlərin tikintisi sürətlə aparılır. Rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov deyir ki, hazırda Əhmədbəylidən əlavə Qarabağlılar kəndində də müasir quruluşlu, hər şəraiti olan məktəb binası inşa edilir. Zazalı, Qırmızı Samux və Alabaşlı kənd məktəbləri də əsaslı şəkildə təmir edilir. Bir sözlə, rayonda yeni dərs ilinə ciddi hazırlıq görülür. Bu isə, heç şübhəsiz, təhsilin keyfiyyətinə öz təsirini göstərəcəkdir.

 

Səbuhi MƏMMƏDOV,

Samux

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video