22:34 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni binaya köçmüşük
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:09 03.09.2011

 

Son illər ölkəmizdə Qarabağ əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində ardıcıl iş aparılır. Fəxrlə deyə bilərəm ki, rayonumuzda da bu sahədə uğurlu addımlar atılmışdır.

Son illərdə 48 nəfər Qarabağ əlili və şəhid ailəsi evlə təmin olunmuş, 19 nəfərə minik avtomobili verilmiş, 10 nəfərə isə fərdi ev tikilmişdir. Bu günlərdə 16 mənzilli daha bir yaşayış binasının istifadəyə verilməsi nəzərdə tutulub. Sağlamlıqlarını Vətən yolunda fəda edənlərin bugünkü yaşayışına belə diqqət və qayğı onların əzmkarlığını, yaşamaq eşqini artırır. Hər birimiz hiss edirik ki, çətin məqamlarda sığınmağa, güvənməyə etibarlı dövlət qurumları var. Onların köməyi və diqqəti sayəsində Qarabağ əlillərinin, şəhid ailələrinin ən zəruri ehtiyacları qədərincə ödənilir, istirahətləri səmərəli təşkil olunur. Bütün bunlara görə ölkə başçısına minnətdarıq.

 

Bəhruz ƏLİYEV,

Biləsuvar rayonu, II qrup Qarabağ müharibəsi əlili



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM