16 Iyul 2014 01:07
490
Oxucu məktubları
A- A+

Yenə köhnə binada...

 

Ölkəmizin hər yerində olduğu kimi, bizim rayonumuzda da genişmiqyaslı  abadlıq-quruculuq işləri görülür. Bir-birindən dəyərli obyektlər tikilir, parklar salınır, yollar çəkilir.

Təhsil ocaqlarının  maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də  böyük işlər görülür. Son on ildə 18 məktəb binası inşa olunub. Səkkiz bina əsaslı təmir edilib. Hazırda daha bir neçə kənddə  təhsil ocaqları üçün yaraşıqlı binalar ucaldılır.  Bütün bunlarla heç şübhəsiz ki, fəxr edirik. Bugünkü cah-calala baxanda  məktəbimizin binası isə bizi ciddi narahat edir.

Alakol Tovuz rayonunun ən iri kəndlərindən biridir. Burada iki məktəb fəaliyyət göstərir. Nurəddin Sadıqov adına 2 saylı məktəbin binası göz oxşayır. Təlim-tərbiyə üçün hər şərait yaradılıb, müasir üslublu istilik sistemi ilə təmin olunub. Qonşuluqdakı Şamlıq, Yanıqlı, Azaflı kəndlərində də təhsil ocaqları üçün ikimərtəbəli, üçmərtəbəli binalar ucaldılıb. Bütün bunlara baxanda məktəbimizin miskin görkəmi bizi narahat edir. Hələ sovetlər dövründə burada məktəb üçün yeni bina tikintisinə başlanılmışdı. Doxsanıncı illərin burulğanında hər şey yarımçıq qaldı. Neçə ildir ki, köhnə xəstəxananın binasında dərs keçirik. Şərait olmadığına görə şagirdlərimiz bir-bir məktəbdən çıxır, daha münasib yerlərə gedirlər. Bu vəziyyət, heç şübhəsiz ki, təhsilin keyfiyyətinə də mənfi təsir edir.

Bizim işgüzar kollektivimiz var. Təlim-tərbiyə sahəsində heç kəsdən geri qalmırıq. Əsas problem bina sarıdandır. Qarşıdan yeni dərs ili gəlir. Biz yenə də köhnə binanın ümidinə qalmışıq. Lakin arzumuz, ümidimiz üzülmür. Əminik  ki, yaxın vaxtlarda bizim məktəb üçün də müasir quruluşlu bir bina inşa ediləcəkdir.

 

Təranə ABBASOVA,

Tovuz rayonu, Alakol kənd 1 saylı orta məktəbin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video