11 Sentyabr 2013 02:09
489
Elm və texnika
A- A+

Yemək üçün qəbul olunmayan vaxt...

 

Yağlı qidadan zəhərlənməyin mümkünlüyü sirr deyil. Lakin qida qəbulunun vaxtı qidanın özü qədər mühüm əhəmiyyət kəsb edir.

Amerikalı həkimlərin dediklərinə görə, axşam saatlarında televizora baxarkən və ya kompyuter arxasında işləyərkən yemək izafi çəkinin formalaşmasına çox sürətli təkanlar verir.

Amerikalı alimlər bildirir ki, siçanlar üzərində aparılmış eksperiment bunu təsdiqləyib. Gəmiricilərdən bir qrupuna yalnız gündüzlər 8 saat ərzində yemək imkanı verilib. Digər qrup isə gecə-gündüz rahat yeyə bilib. Hər iki qrupa eyni miqdarda verilsə də, ikinci qrupdakı siçanlar kökəlib. Deməli, çəki artımı "daxili saat"ın sapması nəticəsində baş verib.

ABŞ-ın Kaliforniya ştatındakı Solk Bioloji Tədqiqatlar İnstitutunun professoru, araşdırmanın rəhbəri S.Pandın dediyinə görə, sutkanın müəyyən vaxtlarında mədə, qaraciyər və əzələlər maksimal dərəcədə səmərəli şəkildə çalışır, başqa vaxtsa "yatır". Orqanizmdə hər əzanın belə ritmi var. İstənilən vaxt yemək isə bədəndəki təbii mübadilə proseslərini pozur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video