01 Iyul 2014 09:07
481
Səhiyyə
A- A+

Yediyimiz ən zərərli qidalar

Qeyri düzgün qidlanma bir başa ürək xəstəliklərinə, piylənməyə, mədə- bağırsaq traktının xəstəliklərinə aparıb çıxarır.

Yağlı qida çəkinin artmasına gətirib çıxarır. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba bitki mənşəli qida həzm sisteminin işini stimullaşdırır. Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək lazımdır ki, onun tərkibində bacardıqca çox çiy meyvə və tərəvəz olsun.

Zərərli ərzaqların siyahısı:
1. Çeynənən konfetlər, pastila, «meybonlar», «çupa-çupsı». Onların tərkibində küllü miqdarda şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri və s. vardır.

2. Həm kartof, həm də qarğıdalı çipsiləri- orqanizm üıün çox zərərlidirlər. Çipsilər rəngləyicilərin və dad əvəzedicilərinin qişasında karbohidratlarla yağların qarışığından başqa bir şey deyildir. Həmçinin kartofel-frinin yeyilməsi də yaxşı heç nə vəd etmir.

3. Şirin qazlı içkilər şəkərlərin, kimyəvi maddələrin və qazların qarışığıdır – bu isə orqanizmdə zərərli maddələrin tez yayılması üçündür. Məsələn Coca-cola içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir. Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrassiyası çox ziyanlıdır, belə ki, 1 stakan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz.

4. Şokolad batonları. Bu giqant miqdarda kalorinin kimyəvi əlavələr, genetik modifikassiyalaşmış məhsullar, rəngləyicilər və aromatizatorlarla birləşməsindən ibarətdir.

5. Sosislər və kolbasalar. Ətli delikateslər ən zərərli ərzaqlardan biri olaraq qalırlar. Onlar tərkibində gizli yağlar adlanan (donuz dərisi, salo, iç piyləri)və aromatizatorlar və dad əvəzediciləri ilə pərdələnən yağlara malikdirlər. Bir çox ət məhsulları istehsalçıları transgenlərdən istifadə edirdilər. Belə ki, kolbasaların, sardelkakarın,sosislərin 80%(!) transgen soyadan ibarətdir.

6. Yağlı ət damarlarda xolesterin yığıntılarının əmələ gəlməsinə səbəb olur ki, bu da orqanizmin qocalmasını sürətləndirir və ürək damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.

7. Mayonez. Mayonez çox kalorili ərzaqdır, bundan başqa onun tərkibində çoxlu miqdarda yağlar və karbohidratlar vardır, həmçinin rəngləyicilər, şirinlik verən maddələrə, qida əvəzedicilərinə və s. malikdir. Zərərli ərzaqlara yalnız mayonez yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyalar da aiddir.Təəssüf ki, bunların da tərkibində rəngləyicilər, dad əvəzediciləri, gen- modifikassiyalı ərzaqlar az deyildir.

8. Tez hazırlanan əriştə. Bu şübhəsiz orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.

9. Duz. Duz təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin toplanmasına imkan yaradır. Əgər ondan imtina edə bilmirsinizsə, onda çalışın onun istifadəsini minimuma endirəsiniz.

10. Alkoqol. hətta ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə alkoqol özlüyündə çox kalorilidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video