12 Aprel 2019 17:10
1837
Səhiyyə
A- A+

Yaz allergiyasını yaradan əsas səbəb çiçəklər və ağac tozcuqlarıdır


Yazın gəlişi ilə allergik xəstəliklərin fəallaşması başlayır. Bir çox mövsümi xəstəliklər, burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədovun dediyinə görə, bəzi ağacların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır. Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur: "Havaya yayılan çiçək tozları insanın gözünə, dərisinə, tənəffüs yollarına düşərək allergiyaya meyilli olanlarda müəyyən əlamətlər əmələ gətirir. Allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.

Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən polinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Belə allergiyalardan necə qurtulmaq olar?

Həkim-allerqoloqun dediyinə görə, allergiyası olanlar xəstəliyin kəskin dövründə təbiət qoynuna çıxmamalı, xüsusilə küləkli havada bundan daha çox uzaq olmalıdırlar. O, xəstəliyin müalicəsi barədə isə bunları deyib: "Yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin edilir. Mövsümqabağı allergenləri xüsusilə durulaşdırmaq yolu ilə dərmanlar hazırlanır və payızın axırlarından başlayaraq peyvəndi xatırladan iynələr vurulur. Bunun nəticəsində bir müddət sonra xəstə orqanizmində qoruyucu anticisimlər əmələ gəlir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video