29 Iyul 2019 11:55
1186
Səhiyyə
A- A+

Yay fəslində uşaqların xəstəliklərdən qorunması


Yay fəslində uşaqlar arasında bəzi mövsümü xəstəliklərin yayılması üçün zəmin yaranır. Günəş şüaları altında uzun müddət qalmaq, qidalanma rejiminə düzgün əməl etməmək uşaqların bioritmini pozur, nəticədə onlar mövsümü xəstəliklərə yoluxurlar. Yay aylarında uşaqlar arasında müşahidə olunan xəstəliklərdən mədə-bağırsaq və virus mənşəli narahatlıq üstünlük təşkil edir.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Uşaqları xəstəlikdən qorumaq üçün ilk növbədə onların immunitetlərinin güclü olmasına fikir vermək lazımdır. İnfeksion xəstəliklərdən qorunmaq üçün peyvəndlərin vurulması da çox vacibdir, çünki bəzən valideynlər isti hava şəraitini əsas gətirərək peyvənd vurulmasını təxirə salırlar. Həmçinin günvurma, istilikvurma halları ilə üzləşməmək üçün uşaqları yalnız müəyyən saatlarda açıq havaya çıxarmaq lazımdır. Günəş şüası altına çıxanda uşağın başına qoruyucu vasitə örtmək lazımdır”.

Həkim bildirir ki, digər aylara nisbətdə yay mövsümündə mədə-bağırsaq xəstəliklərinin artmasına daha çox rast gəlinir. Qəbul edilən qarışıq qidalar, isti hava şəraitində ərzaqların daha tez xarab olması uşaq orqanizmində bakteriyaların çoxalması və inkişafı üçün münbit şərait yaradır.

Həkim-pediatr daha sonra deyib: "Dəri problemlərinin, o cümlədən bişməcənin əmələ gəlməməsi üçün gün ərzində uşaqları isti saatlarda vanna, duş qəbul etməsinə də ciddi fikir verilməlidir. Yaş yarımından yuxarı uşaqları D vitamini sintezi üçün hər gün 15 dəqiqə günəş işığına çıxarmaq çox faydalıdır. İnfeksion xəstəliklərdən qorunmaq üçün uşaqları xəstə ilə təmasdan uzaq tutmaq lazımdır və saxlanma şəraitinə düzgün riayət edilməyən qidaları onlara vermək olmaz”.

Uşaqların immunitetinin gücləndirilməsi üçün yay ən ideal dövr olduğunu bildirən mütəxəssislər rasionda meyvə-tərəvəzlərin əskik etməməyi məsləhət görürlər. Dadlı və hazır içkilər əvəzinə meyvə suları və kompotların verilməsi daha məqsədəuyğundur. Çalışmaq lazımdır ki, uşağa verilən yeməklərin tərkibi müxtəlif vitamin, zülal və minerallarla zəngin olsun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video