21 Oktyabr 2012 12:10
437
Oxucu məktubları
A- A+

Yaxşı işləmək üçün gərək yaxşı da dincələsən

 

Təəssüf ki, bu adi həqiqətə sahibkarların hamısı əməl etmir. Eləsi var ki, yay mövsümündə özü kənara çəkilir, elə müəssisə, elə təşkilat da var ki, işçilərinin istirahətini təşkil etmək üçün öncədən maraqlı turist marşrutlarını arayıb-axtarır. Bizim çalışdığımız "Azərikimya" İstehsalat Birliyində də bu sahədə xüsusi proqram hazırlanıb. Vəzifəsindən asılı olmayaraq, hər bir işçinin sağlamlığının qorunması, istirahətinin təşkili diqqət mərkəzindədir.

Əvvəlki illərdə olduğu kimi, kollektivin ümumi arzu və təklifləri nəzərə alınaraq birliyin həmkarlar ittifaqı komitəsinin xətti ilə ən səfalı guşələrindən olan İsmayıllı, Lerik, Balakən, Quba, Qusar və Xaçmazın istirahət mərkəzlərində işçilərimizin dincəlməsi təmin edilir. Yay mövsümünün əvvəlindən etibarən həmkarlar ittifaqının göndərişləri əsasında kimyaçılar ailəsinin 400 nəfərdən artıq üzvü Xəzərin meşəli sahillərində və səfalı dağlarda istirahət edə bilmişdir. 

ARDNŞ-nin müvafiq strukturları tərəfindən kimyaçıların istirahət zonalarına göndərilməsi, onların dincəlməsinin təşkil edilməsi və xərclərin böyük bir hissəsinin müəssisə tərəfindən çəkilməsi kimyaçıların iş yerlərinə yeni qüvvə və enerji, nikbin bir ovqatla qayıtmalarına səbəb olan amillərdəndir. Belə təmənnasız qayğı kimyaçıları sevindirir və daha həvəslə çalışmalarını, işlərində daha məsuliyyətli olmalarını stimullaşdırır. Bir sözlə, rəhbərlik işçilərinin, işçilər də iş  yerinin qədir-qiymətini bilirlər. 

 

İbad İBADOV,

etilen-polietilen zavodunun mühəndisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video