11 Oktyabr 2011 03:10
423
İQTİSADİYYAT
A- A+

Yaxın illərdə alternativ enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasına daxil olmağa imkan var

 

"Azərbaycan yaxın illərdə alternativ enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasına daxil olacaq. Bunu Bakıda keçirilən GUAM Parlament Assambleyası ilə Baltik Assambleyasının "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransında sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 800 meqavat külək, 1500-2000 meqavat günəş, kiçik su elektrik stansiyalarının inşasına imkan verən potensial var. Nazir müavini həmçinin qeyd edib ki, ölkəmiz Avropa və dünya bazarlarına gün ərzində 750-800 min barel xam neft çıxarır: "Azərbaycan GUAM üzvü olan ölkələri, Baltikyanı zonanı və Avropanın digər dövlətlərini əhatə edən enerji dəhlizlərində neft-qaz strukturunun və elektrik verilişi sistemlərinin gücləndirilməsi istiqamətində bir sıra layihələrin həyata keçirilməsində və dəstəklənməsində fəal iştirakçıdır".

Natiq Abbasovun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində yaranmış sıx əməkdaşlıq bu prosesə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova), Baltik Assambleyası (Litva, Latviya, Estoniya), Benilüks Parlamenti (Belçika, Niderland, Lüksemburq), Şimal Şurası (Danimarka, İslandiya, Norveç, Finlandiya, İsveç), Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) ölkələrini də cəlb edir.

Natiq Abbasov onu da vurğulayıb ki, AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya) layihəsi, eləcə də Odessa-Brodı kəmərinin işə düşməsi ölkənin ixrac potensialını daha da artıracaq. Azərbaycan Cənub dəhlizində potensial marşrut kimi Transadriatik Boru Kəməri (TAP) layihəsini görür. Hazırda Azərbaycan qazı Yunanıstana nəql edilir, Gürcüstana qaz təchizatını həyata keçirir və bu ölkənin qaz şəbəkəsinin yenidən qurulmasını reallaşdırır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video